OPTİK KOHERENS TOMOQRAFİYA MƏLUMATLARINA ƏSASƏN POSTTROMBOTİK VƏ DİABETİK RETİNOPATİYA ZAMANI MAKULA ÖDEMİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020251702530915

Açar sözlər

makula ödemi, tor qişanın venaların okklüziyası, diabetik retinopatiya, optik koherens tomoqrafiya, xoroid

Xülasə

Məqsəd – optik koherens tomoqrafiya (OKT) məlumatları əsasında posttrombotik retinopatiya və diabetik makula ödemi (DMÖ) olan xəstələrdə makula ödeminin morfoloji xüsusiyyətlərini müəyyənləşdirmək və onları müqayisəli şəkildə təhlil etmək.

Material və metodlar
Tədqiqata ağır makula ödemi olan ümumilikdə 60 xəstə (60 göz) daxil edilmişdir. Onlar iki qrupa bölünmüşdür: torlu qişanın venasının okklüziyası (TQVO) olan 28 xəstə və DMÖ olan 32 xəstə. Bütün xəstələr makula sahəsinin spektral OKT-sı daxil olmaqla, hərtərəfli oftalmoloji müayinədən keçmişdir. Tədqiqata daxil edilməzdən əvvəl prosesin orta müddəti TQVO qrupunda 6,3±1,4 ay, DMÖ qrupunda isə 5,7±1,2 ay olmuşdur. Tədqiqat çərçivəsində mərkəzi tor qişanın qalınlığı, kistik dəyişikliklərin, subretinal mayenin, hiperreflektiv daxilolmaların mövcudluğu, həmçinin tor qişanın daxili təbəqələrinin disorqanizasiyası əlamətləri təhlil edilmiş və subfoveal, burun və temporal zonalarda xoroid qalınlığı ölçülmüşdür.

Nəticələr
İkinci qrup xəstələrində mərkəzi tor qişanın qalınlığı TQVO olan xəstələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmuşdur (p = 0,043). Subretinal maye TQVO qrupunda daha çox rast gəlinmişdir (p = 0,027). Bütün zonalarda xoroid qalınlığı TQVO olan xəstələrdə DMÖ qrupuna nisbətən əhəmiyyətli dərəcədə yüksək olmuşdur (p < 0,01).

Yekun
Posttrombotik və diabetik retinopatiya zamanı müşahidə olunan makula ödemi müxtəlif morfoloji xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi diaqnostikanın effektivliyinin artırılması və fərdiləşdirilmiş müalicə strategiyalarının seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

17.06.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Karimova M.X. et al. 2025. OPTİK KOHERENS TOMOQRAFİYA MƏLUMATLARINA ƏSASƏN POSTTROMBOTİK VƏ DİABETİK RETİNOPATİYA ZAMANI MAKULA ÖDEMİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 53 (Jun. 2025), 9–15. DOI:https://doi.org/10.71110/ajo791020251702530915.
Article Footer

Oxşar məqalələr

1-10 : 310

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.