АНИЗОМЕТРОПИЯ КАК ОСНОВНОЙ ФАКТОР РАЗВИТИЯ СОДРУЖЕСТВЕННОГО СХОДЯЩЕГОСЯ КОСОГЛАЗИЯ У ДЕТЕЙ ДО ДВУХ ЛЕТНЕГО ВОЗРАСТА
Açar sözlər:
çəpgözlük, binokulyar görmə, anizometropiya, ambliopiyaXülasə
İşin məqsədi: İki yaşa qədər olan dövrdə müştərək daxili çəpgözlüyü olan uşaqların korrcksiya ilə müalicəsi.
Material və müayinə üsulları
İki yaşa qədər olan dövrdə müştərək daxili çəpgözlüyü olan uşaqlarda müayinələr və eynək korreksiyası aparılmışdır. Uşaqlarda (12 nəfər) xüsusi “Surc sight" refraktometri vasitəsilə retinoskopiya və refraktometriya müayinə metodları aparılmışdır.
Nəticə
Müəyyən olunmuşdur ki. erkən təyin edilmiş korreksiya 84% hallarda 6 ay müddətində gözün simmetrik vəziyyətinin yaranmasına səbəb olur. Müəyyən olunmuşdur ki, müştərək çəpgözliiyün əsas yaranma faktoru anizometropiyadır. Anizometropiya çox zəif dərəcəli, hətta 1,0D aşağı ola bilər. Bir yaşa qədər olan dövrdə anizometropiyanın korreksiyası uşaqlarda müştərək çəpgözlüyün ləğv olunmasına səbəb olur. Binokulyar görmənin tam formalaşmadığı dövrdə 2 göz arasında olan cüzi rcfraksiya fərqi uşaqlarda müştərək çəpgözlüyün yaranmasına şərait yaradır. Minimal refraksion dəyişiklikləri nəzərə alaraq erkən təyin edilmiş spesifik korrcksiya uşaqlarda çəpgözlüyün ləğv olunmasına səbəb olur. Göz analizatorunun hətta zəif qiciqlara reaksiya verən xaotik-determinant sistemə bənzətmək olar. Erkən dövrdə olan cüzi fərqlər son nəticədə böyük fərqlərin yaranmasına səbəb olur.