ВОССТАНОВЛЕНИЕ БИНОКУЛЯРНОГО ЗРЕНИЯ ПОСЛЕ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ С ОДНОСТОРОННЕЙ МИОПИЧЕСКОЙ АНИЗОМЕТРОПИЕЙ
Açar sözlər:
FRK, anizometropiya, binokulyar korreksiyaXülasə
Məqsəd - birtərəfli miopik anizometropiyaların FRK ilə korreksiyasından sonra binokulyar görmə itiliyinin bərpasının öyrənilməsi.
Material və metodlar
131 xəstənin (bunlardan monokulyar - 53,binokulyar - 26,eynivaxtlı - 52 nəfər.) FRK ilə korreksiyasından
sonra anizometropiya dəyişikliyinin öyrənilməsidir.
Xəstələrin 76,92% - anizometropiya 3,0 dptr, 20% - anizometropiya 3,1 - 6,0 dptr, 3,85% - isə 6,1 - 9,0 dptr
təşkil edir.
Nəticə
Anizometropiyanın dərəcəsindən, pasiyentin yaşından, müalicədən əvvəl görmə itiliyindən, ön-arxa oxun
uzunluğunda fərqdən və anizeykoniyanın ölçülərindən asılı olaraq miopik anizometropiyalı pasiyentlərdə eksimer
lazer korreksiyadan sonra binokulyar görmənin bərpasının təhlili aparılmışdır.
Əməliyyatdan əvvəl müayinə zamanı anizometropiya dərəcəsi və binokulyar görmə arasında düz asılılıq aşkar
edilmişdir. Müntəzən ortoptik müalicə alan pasiyentlərdə 6 ay və 1 ildən sonra binokulyar görmənin tədricən
bərpası qeyd olunmuşdur.
Nəticələrin təhlili göstərmişdir ki, anizometropiyanın dərəcəsindən asılı olmayaraq 11-14 yaşlı pasiyentlərdə
binokulyar görmə 100% hallarda bərpa olunmuşdur; 9,0 dptr. qədər anizometropiya ilə 15-17 yaşlı pasiyentlərdə
binokulyar görmə 100% hallarda bərpa olunmuşdur, yalnız 9,25 dptr. anizometropiya ilə 1 pasiyentdə binokulyar
görmə bərpa olunmamışdır.
Yekun
Beləliklə, 6,0 dptr.-dan yuxarı anizometropiya zamanı binokulyar görmənin bərpası üçün əsasən yaş faktoru
böyük rol oynayır. Yüksək ambliopiya ilə şəxslərdə FRK-dan və intensiv pleopto-ortoptik müalicədən sonra
binokulyar görmənin bərpası mümkündür: bizim məlumatlara görə buna 66,67% hallarda nail olunmuşdur.