ЭФФЕКТИВНОСТЬ ВКЛЮЧЕНИЯ НЕЙРОПРОТЕКТОРОВ В КОМПЛЕКСНОЕ ЛЕЧЕНИЕ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ У ДЕТЕЙ

Авторы

  • Ханларова Н.А.
  • Гаджиева Н.Р.
  • Салманова С.З.

Açar sözlər:

cəpgözlük, binokulyar görmə, ametropiya, optk-kinetik dezadaptasiya, neyroprotektorlar

Xülasə

Məqsəd - uşaqlarda müştərək çəpgözlüyün kompleks müalicəsinə neyroprotektorlann qoşulmasının
effektivliyini təyin etmək.

Material və metodlar
Müayinə və müalicə metodları daxili çəpgözlükdən əziyət çəkən 4-11 yaşlı 124 uşaq üzərində tətbiq edilmişdir.
Uşaqlar 2 qrupa bölünmüşdür: I qrupa akkomodasion çəpgözlüyü olan 66 uşaq, II qrupa hissəvi akkomodasion
çəpgözlüyü olan 58 uşaq daxil edilmişdir. Birinci qrupda 49 uşaqda (74%), ikinci qrupda 36 uşaqda (62%)
ambliopiya aşkar edilmişdir. Binokulyar görmənin pozulması müayinə olunan uşaqların hamısında müşahidə
olunmuşdur.
Nəzarətdə olan bütün uşaqlarda ümumi qəbul edilmiş oftalmoloji müayinələr tətbiq edilmişdir:
HUVİTZ refraktometriilə görmə itiliyinin təyini, sikloplegiyadan əvvəl və sonra refrakraksiyanın təyini, çəplik
bucağının sinoptoforda təyini. Əlavə olaraq damar təchizatının reaktivliyini qiymətləndirmək məqsədi ilə dəri-
damar və göz ürək reflekslərinin, həmçinin göz arteriyalarında rezistentlik indeksinin təyini tətbiq olunmuşdur.

Nəticə
Akkomadasion çəpgözlüklə I qrup uşaqlarda (66) ambliopik gözün görmə itiliyi birinci yanmqrupda (34) 33
uşaqda 0,2-0,6, ikinci yanmqrupda (32) isə 24 uşaqda (75%) artmışdır.
Korreksiya ilə və korreksiyasız binokulyar görmənin bərpası və ya yaxşılaşması birinci yanmqrupda (34)
uşaqların hamısında (100%), ikinci yanmqrupda isə (32) 28 uşaqda (87%) müşahidə edilmişdir.
Qismən-akkomodasion çəpgözlük ilə II qrup uşaqlarda (58) ambliopik gözün görmə itiliyi birinci yanmqrupda
(30) 24 uşaqda 0,l-0,4, ikinci yanmqrupda isə (28) 18 uşaqda (64%) artmışdır.
Korreksiya ilə binokulyar görmənin bərpası və ya yaxşılaşması birinci yanmqrupda (30) 24 uşaqda (79%),
ikinci yanmqrupda (28) isə 16 uşaqda (58%) qeyd edilmişdir.

Yekun
Tətqiqatın nəticələri göstərmişdir ki, neyrotrop preparatların tətbiq edilməsi çəpgözlükdən əziyyət çəkən
uşaqların müalicə etaplarının qısaldılmasına şərait yaradır. Bununla yanaşı, neyrotrop və vazoaktiv preparatların
birgə tətbiqinin 2-4 ilədək davam edən ardıcıllığının tətqiqata cəlb olunmuş uşaqlarda baş beyin və göz yuvalarının
qan damar təchizatını yaxşılaşdırdığı aşkar edilmişdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.11.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Ханларова Н.А. et al. 2018. ЭФФЕКТИВНОСТЬ ВКЛЮЧЕНИЯ НЕЙРОПРОТЕКТОРОВ В КОМПЛЕКСНОЕ ЛЕЧЕНИЕ СОДРУЖЕСТВЕННОГО КОСОГЛАЗИЯ У ДЕТЕЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 28 (Nov. 2018), 83–88.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 > >>