КЛИНИЧЕСКИЕ АСПЕКТЫ ВЗАИМОСВЯЗИ РЕФРАКЦИОННОЙ И ГЛАЗОДВИГАТЕЛЬНОЙ ПАТОЛОГИИ
Açar sözlər:
anizometropiya, astiqmatizm, çəpgözlük, keratokonusXülasə
Tədqiqatın məqsədi: refraksion, binokulyar və gözün hərəki pozğunluqlarının əlaqə və qarşlılıqlı təsirlərinin öyrənilməsi.
Material və metodlar
Tədqiqata refraksion və gözün hərəki pozğunluqları ilə 202 pasiyen daxil olmuşdur.
Standart oftalmoloji müayinələrdən əlavə gözün hərəki aparatının xüsusi müayinə metodları tətbiq olunmuşdur.
Keratotopoqrafiya OPD-Scan II Nidek (Yaponiya) refrakto-keratotopoqrafında aparılmışdır. Tikiş materialı kimi
in vivo sorulma qabiliyyətinə malik Safil 6/0 poliqlikol turşusundan sintetik tikişlərdən istifadə olunub.
Tədqiatın nəticələri
Daxili çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf edən ikincili ekzotropiya ilə
33 (59%) uşaqda əməliyyat vaxtından sferik ekvivalent üzrə (p<0,05) refraksiyanın orta hesabla 1,9±0,58 dptr.
güclənməsi qeyd edilmişdir. 17 xəstənin valideynlərində miopik refraksiya mövcud idi. Xarici çəpgözlüklə,
zəif konvergensiya və yaxına binokulyar görmənin yoxluğu ilə 36 pasiyentdə yaxın məsafədə iş zamanı fiksə
edən gözə daha çox görmə gərginliyi nəticəsində onun refraksiyası miopik tərəfə yönəlirdi, bunun nəticəsində
anizometropiya inkişaf edirdi və ya güclənirdi. Yaxına baxdıqda fiksə edən gözün refraksiyası orta hesabla
1,38±0,92 dptr. miopiya, cüt gözün - 1,23±0,89 hipermetropiya təşkil etmişdir. Müştərək çəpgözlüyün (68 xəstə)
cərrahi müalicəsinin əməliyyat olunmuş gözün astiqmatizmi dərəcəsinə təsiri təsdiq olunub: düz tipli astiqmatizmin
artması (orta hesabla 0,55±0,14 dptr.) və əks tipli astiqmatizmin azalması (orta hesabla 0,61±0,35 dptr.) qeyd
edilib. Astiqmatizm dərəcəsinin dəyişməsi üfqi meridianda refraksiyanın zəifləməsi hesabına baş verirdi. Lakin
əməliyyatdan 3-6 ay sonra müayinə zamanı astiqmatizmin dərəcəsi, praktiki olaraq, cərrahi müdaxilədən
əvvəl astiqmatizm dərəcəsindən fərqlənmirdi. Paralitik çəpgözlüklə xəstələrdə (42 pasiyent) zədələnmiş gözdə
refraksiyanın kəskin ifadə olunmuş astiqmatik komponentinin mövcudluğu aşkar edilmişdir, hansı ki, 0,5 dptr.-
dan 4,75 dptr.-ya qədər tərəddüd edirdi (orta hesabla 2,6±0,7 dptr.). Qazanılmış paralitik çəpgözlüklə iki xəstədə
zədələnmiş gözdə, xarici çəpgözlük zamanı 4,75 dptr. və daxili çəpgözlük zamanı - 3,0 dptr. təşkil edən, düz
tipli astiqmatizm inkişaf etmişdir. Buynuz qişanın topoqrafiyası müayinəsi zamanı pasiyentlərdə keratokonusda
müşahidə olunan dəyişiklilərə oxşar dəyişikliklər aşkar olunub.
Yekun
Müştərək daxili çəpgözlüyün cərrahi müalicəsindən sonra uşaqlarda və yeniyetmələrdə refraksiyanın
güclənməsi ikincili ekzotropiyanın inkişafının risk amilidir. Xarici çəpgözlüklə uşaqlarda yaxın məsafədə iş
zamanı fiksə edən gözün miopizasiyası və anizometropiyanın inkişafı və ya güclənməsi çəpgözlüyün cərrahi
müalicəsinə mütləq göstərişdir. Sorulan tikiş materialının istifadəsi çəpgözlüyün cərrahi müalicəsindən sonra
astiqmatizmin inkişafının qabağını alır. Bəzi hallarda paralitik çəpgözlük zamanı induksiyalı astiqmatizm aşkar
olunur və keratokonus zamanı olan dəyişikliklərə bənzər buynuz qişa quruluşunun dəyişilməsi meydana çıxır.