РОЛЬ ГЯНДЖИНСКОГО ФИЛИАЛА НАЦИОНАЛЬНОГО ЦЕНТРА ОФТАЛЬМОЛОГИИ ИМЕНИ АКАДЕМИКА ЗАРИФЫ АЛИЕВОЙ В ОБСЛЕДОВАНИИ И ЛЕЧЕНИИ ДЕТЕЙ С РЕФРАКЦИОННОЙ ПАТОЛОГИЕЙ
Açar sözlər:
erkən diaqnostika, refraksiya patalogiyası, ambliopiya, pleoptoortoptik müalicə, oftalmotrenajorlar, dispanser müşahidəXülasə
Məqsəd - akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə flialının refraksiya patalogiyalı uşaqların müayinəsi və müalicəsində fəaliyyətinin nəticələrinin qiymətləndirilməsidir.
Material və metodlar
Filiala müayinə üçün 1 076 say uşaqdan (1-16 yaşa qədər) refraksiya patalogiyası olan 509 nəfər (47,3%) və Gəncə şəhərinin M.Mehdizadə adına 4 saylı orta ümumtəhsil məktəbində planlı surətdə Mərkəzin mütəxəssisləri tərəfndən müayinə olunmuş 516 şagirddir.
Nəticə
Müayinə üçün müraciət edən uşaqların arasında ən çox miopiya (17,9%) və zəif dərəcəli hipermetropiya (9,6%) rast gəlinmişdir. Çəpgözlüyün müxtəlif növləri refraksiya patalogiyas ilə birgə 12,8% hallarda qeyd olunmuşdur. Refraksion ambliopiya, əsas orta dərəcəli, 509 uşaqdan 107-də (21%) aşkar olunmuşdur. 516 şagirddən refraksiya patalogiyası 158 (30,6%) uşaqda qeydə alınmışdır ki, onlardan 69-da (13,4%) patalogiyanın aşkarlanması birincili idi. Şagirdlərin arasında ən çox zəif dərəcəli miopiya (13,3%), akkomodasiyanın spazmı (10,7%), orta dərəcəli miopiya (8,9%) aşkarlanmışdır. Çəpgözlük 9,5% hallarda idi. Bütün uşaqlara müvafq eynək korreksiyası təyin olunmuşdur. Uşaqlar dispanser müşahidəyə götürülüb, flialın elektron məlumat bazasına daxil edilmişdir. 68 uşaqda kompleks şəkildə aparılmış fzioterapevtik müalicənin nəticəsində görmənin artması 32 (47,1%), skotomanın ləğv olunması 25 (36,8%), fuziyanın inkişafı 19 (27,9%), çəpgözlük obyektiv bucağının azalması 18 (26,5%) əldə edilmişdir.
Yekun
Uşaqlarda refraksiya patalogiyasının erkən diaqnostikası ambliopiyanın yaranma riskini azaldır, binokulyar görmənin pozulmasını və akkomodasiya spazmının dərəcəsinin artmasını qarşısını alır. Bu da öz növbəsində vaxtında aparılan pleoptoortoptik müalicəsinin nəticələrini daha yüksək olmasına imkan yaradır.