РЕЗУЛЬТАТЫ ПЛЕОПТО-ОРТОПТИЧЕСКОГО ЛЕЧЕНИЯ ДЕТЕЙ СО СХОДЯЩИМСЯ КОСОГЛАЗИЕМ С РАЗЛИЧНОЙ СТЕПЕНЬЮ АНИЗОМЕТРОПИИ
Açar sözlər:
müştərək çəpgözlük, pleopto-ortoptik müalicə, anizometropiyaXülasə
İşin məqsədi: müxtəlif dərəcəli anizometropik refraksiyalı daxili çəpgözlüyü olan uşaqlarda aparılan müalicənin nəticələrinin müqayisəli təhlili.
Material və metodlar
Müşahidə altında 4-11 yaş arasında 64 uşaq (128 göz) olmuşdur, onlardan 34 nəfəri oğlan, 30 nəfəri qız idi.
Bütün uşaqlarda akkomodasiya və qismən akkomodasiya tipli müştərək daxili çəpgözlük müşahidə olunurdu.
Bütün hallarda müxtəlif dərəcəli hipermetropik refraksiya qeyd olunurdu, ambliopik gözün fiksasiyası mərkəzi idi.
Müşahidə altında olan uşaqlar iki qrupa bölünmüşdür.
qrup 32 uşaqda (64 göz) sferik hipermetropiyanın dərəcəsi 2,0 - 5,0 D arasında olmuşdur (orta hesabla 3,6 D),
astiqmatizmim dərəcəsi 1,0D idi.
qrup 32 uşaqda (64 göz) sferik hipermetropiyanın dərəcəsi 2,0 - 5,5 D arasında olmuşdur (orta hesabla 3,7
D), 1,0-1,5 D astiqmatizmin dərəcəsi ilə.
Daxili çəpgözlüklə olan hər iki qrup uşaqlarda ambliopiyanın kompleks müalicəsi keçirilmiş, ortoptika və
diploptokanın köməyi ilə binokulyar görmənin bərpası aparılmışdır. Müalicə 10 gün ərzində hər 3 aydan bir
aparılırdı. Müşahidə müddəti 1-3 il təşkil edirdi.
Nəticə
Aparılan müalicədən sonra hər iki qrupda gözün görmə-əzələ funksiyalarının əhəmiyyətli dərəcədə yaxşılaşması
qeyd olunurdu.
Hər iki qrupun nəticələrini müqayisə etdikdə, demək olar ki, daha yaxşı nəticələr zəif dərəcəli anizometropik
refraksiya ilə I qrup uşaqların gözlərində əldə edilmişdir.