СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА МЕДИКАМЕНТОЗНОГО ЛЕЧЕНИЯ ДИСБИНОКУЛЯРНОЙ АМБЛИОПИИ У ДЕТЕЙ СО СХОДЯЩИМСЯ КОСОГЛАЗИЕМ

Авторы

  • Ханларова Н.А.
  • Гаджиева Н.Р.
  • Гулиева В.В.

Açar sözlər:

ambliopiya, neyroprotektorlar, qaragilə ekstraktı

Xülasə

Məqsəd - çəpgözlüyün kompleks müalicəsində neyroprotektorların və qaragilə ekstraktının instillyasiyasının
ambliopik gözün görmə itiliyinin artmasına təsirinin effektivliyini öyrənmək.

Material və metordlar
Müştərək çəpgözlük və müxtəlif dərəcəli ambliyası ola 3-8 yaş arası 226 uşaq müayinə edilmişdir. Pasiyentlər
iki qrupa bölünmüşdür: I qrup (125 uşaq - 125 göz) - OMK-1 və OMK-2 neyroprotektorunun instillyasiyası ilə yanaşı
kompleks pleopto-ortoptik müalicə alan pasiyentlər; II qrup (101 uşaq - 101 göz) - neyroprotektorun və tərkibində
qaragilə ekstraktı olan Vis glyc preparatının instillyasiyası ilə kompleks pleopto-ortoptik müalicə alan pasiyentlər.

Alınan nəticələr
1. qrupda müalicədən sonra 0,1-0,3 görmə itiliyi ilə pasiyentlərin sayının 32 nəfərə qədər azalması orta
hesabla 47% uşaqda müalicənin effektivliyini təsdiq edir. Belə ki, bu pasiyentlərdən 12-də (17%) görmə itiliyi
0,4-0,5 qədər artmış, 13-də (19%) isə 0,6-0,8 çatmışdır; 7 pasiyentdə (63,6%) görmə itiliyi 0,9-1,0 qədər artmışdır.
2. qrupda müalicədən sonra 0,1-0,3 görmə itiliyi ilə pasiyentlərin sayının 27 nəfərə qədər azalması orta
hesabla 81,8% uşaqda müalicə effektivliyini təsdiq edir, 0,6-0,8 görmə itiliyi ilə pasiyentlərin sayı isə 15 nəfərə
(25,4%) qədər artmışdır. Müalicədən əvvəl mövcud olmayan 0,9-1,0 görmə itiliyi ilə 10 pasiyentin yaranması isə,
görmə itiliyi 0,4-0,5 olan pasiyentlərdə müalicə effektivliyinin təsirli olduğunu göstərdi ki, 0,6-0,8 görmə itiliyi ilə
bütün uşaqlar 100% görməyə nail olmuşlar.

Yekun
Alınan nəticələrə əsasən, disbinokulyar ambliopiya ilə uşaqlara vaxtında (ildə 3-4 dəfə) neyroprotektorların
instillyasiyası ilə birgə tərkibində qaragilə ekstraktı olan damcılarla pleoptik müalicəni etimadla tövsiyə etmək
olar. Belə bir müalicə ambliyopiyanın inkişafının qarşısının alınmasına və binokulyar görmənin bərpasına şərait
yarada bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.05.2020

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Ханларова Н.А. et al. 2020. СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА МЕДИКАМЕНТОЗНОГО ЛЕЧЕНИЯ ДИСБИНОКУЛЯРНОЙ АМБЛИОПИИ У ДЕТЕЙ СО СХОДЯЩИМСЯ КОСОГЛАЗИЕМ. Azərbaycan Oftalmologiya Jurnalı. 32 (May 2020), 27–33.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>