СУБТЕНОНОВОЕ ВВЕДЕНИЕ РЕТИНАЛАМИНА В КОМПЛЕКСНОМ ЛЕЧЕНИИ АМБЛИОПИИ

Авторы

  • Чупров А.Д.
  • Санеева Ж.Х.
  • Воронина А.Е.

Açar sözlər:

ambliopiya, retinoproteksiya, kompleks müalicə, pleoptik müalicə

Xülasə

Məqsəd – subtenon boşluğa retinalaminin yeridilməsi ilə uşaqlarda ambliopiyanın kompleks müalicəsi effektivliyinin öyrənilməsi.

Material və metodlar
Tədqiqata çəpgözlük və ya refraksiya anomaliyaları səbəbindən yaranmış ambliopiya diaqnozu ilə 107 uşaq daxil edilmişdir. Bütün pasiyentlər 2 qrupa bölünmüşdür. Əsas qrupu 49 pasiyent, kontrol qrupu – 58 pasiyent təşkil etmişdir. Əsas qrupun pasiyentləri 3 il ərzində tor qişanın lazer stimulyasiyası, kompüter stimulyasiyaları və əzələ trenajorlarında məşqlərdən ibarət ənənəvi pleoptik müalicə almışlar, daha sonra onlara subtenon boşluğa retinalamin preparatının yeridilmişdir. Kontrol qrup pasiyentləri müşahidə dövrü ərzində (4 il) yalnız ənənəvi pleoptik müalicə almışlar. Müalicə kursu ildə 2 dəfə, 6 aydan bir, təkrar edilmişdir. Yüksək və orta dərəcəli ambliopiya ilə əsas qrup pasiyentlərin çoxunda kompleks müalicənin aparılması zamanı maksimal korreksiya olunmuş görmə itiliyinin artması qeyd olunmuşdur (müvafq olaraq 69,3% və 86,1%). Yalnız pleoptik müalicə almış kontrol qrupu pasiyentlərin azında maksimal korreksiya olunmuş görmə itiliyi göstəricilərinin müsbət dinamikası müşahidə edilmişdir (müvafq olaraq44,4% və 80,5%).

Yekun
Pleoptik müalicə və subtenon boşluğa retinalamin preparatının cərrahi yeridilməsindən ibarət ambliopiyanın kompleks müalicə metodu ambliopik gözün düzgün fksasiyası zamanı orta və yüksək dərəcəli ambliopiyada effektivdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

10.05.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Чупров А.Д. et al. 2018. СУБТЕНОНОВОЕ ВВЕДЕНИЕ РЕТИНАЛАМИНА В КОМПЛЕКСНОМ ЛЕЧЕНИИ АМБЛИОПИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 26 (May 2018), 152–156.