НАШ ОПЫТ ИСПОЛЬЗОВАНИЯ КОМПЬЮТЕРНЫХ ИГР В ВОССТАНОВЛЕНИИ БИНОКУЛЯРНОГО ЗРЕНИЯ ПОСЛЕ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ КОСОГЛАЗИЯ
Xülasə
“Meko-KAPBIS” müalicə diaqnostik kompüter proqramına binokulyar dərin və stereoskopik görmənin bərpasına
ambliopiya ilə mübarizəyə yönəlmişdir oyun məşqləri daxildir.
İşin məqsədi çəpgözlük əməliyyatı keçirilmiş uşaqlarda əməliyyatdan sonrakı dövrdə Meko kapbis müalicə
diaqnostik kompüter proqramından istifadə etməklə binokulyar steroskopik görmənin bərpasının və ambliopiyanın
kompleks müalicəsinin səmərəliliyinin təhlilidir.
Yaşı 5-dən 14-yaşa qədər olan 42 uşaq reablitasiya kursunu keçmişdir. Xəstələr 3-əsas qrupa ayrılmışdılar.
Oftalmoloji müayinələr vizometriya refraktometriya çəplik bucağının təyini biomikroskopiya oftalmoskopiya
görmənin xarakteri aid edilmişdir. Görmənin optimal korreksiyası təyin olunmuş və reablitasiya kursu keçirilmişdir.
Əməliyyata qədər xəstələrin heç birində binokulyar görmə olmamışdır. Keçirilmiş kursdan sonra 1-ci qrup
xəstələrin 54.5%-ində birmomentli görmə əmələ gəlmişdir. 2-ci qrup xəstələrin 71.4%-ində binokulyar görmənin
bərpası mümkün olmuşdur. 3-cü qrup xəstələrin 30.7%-ində davamsız binokulyar görmə meydana gəlmişdir.
“Meko-KAPBIS” proqramı binokulyar görmənin bərpası üçün lazım olan oyunları özündə cəmləşdirir, xüsusi
aparat tələb etmir və uşaqlarda maraq oyadır. Lazım olduqda kursu təkrar etmək olar.