РОЛЬ НАГРУЗОЧНОЙ ПРОБЫ ПРИ ОПРЕДЕЛЕНИИ ГРУППЫ РИСКА РАЗВИТИЯ ГЛАУКОМЫ У ПАЦИЕНТОВ С ГЛАЗНЫМИ ПРОЯВЛЕНИЯМИ ПСЕВДОЭКСФОЛИАТИВНОГО СИНДРОМА
Açar sözlər:
psevdoeksfoliativ sindrom, psevdoeksfoliativ qlaukoma, yükləmə sınağıXülasə
Məqsəd – psevdoeksfoliativ sindromun göz təzahürü olan xəstələrdə kofeinlə yükləmə sınağının tətbiqi üsulu ilə qlaukomanın inkişaf riski olan qrupunun aşkar olunması.
Material və metodlar
Müayinə olunan xəstələr 2 qrupa bölünmüşdürlər: I qrupu 67-83 yaş arasında PES əlamətləri olan 19 xəstə (35 göz), II qrupu isə 68-79 yaş arasında olan və göz strukturlarında PES əlamətləri olmayan 10 xəstənin 14 gözü təşkil etmişdir. Müayinə olunan 49 gözün hamısında (29 xəstə) GDT sınaqdan öncə 21-23 mm c.s. həddində olmuşdur. Bütün tədqiq olunan xəstələr sınaqdan öncə pnevmotonometriyadan başqa tonoqrafya, statik kompüter perimetriyası müayinələrindən keçirilmişlər. Xəstələrin hamısına şəxsi irəli sürdüyümüz yükləmə sınağını tətbiq etdik (patent № 2428098).
Nəticələr və müzakirələr
Tətbiq etdiyimiz kofeinli yükləmə sınağı zamanı bir qrup xəstədə müşahidə olunan GDT-in 6 mm c.s. və daha artiq yüksəməsi görmə funksiyasının, eləcə də byerrum zonasında və görmə sahəsinin nazal hissəsində işığa həssaslığın azalması ilə müşaiyət olunmuşdur. Yükləmə sınağından 2 saat sonra aparılmış təkrari statik kompüter perimetriyasının nəticələri görmə funksiyalarının bərpa olunmasını göstərmişdir. Kofeinli yükləmə sınağının tətbiqi nəticəsində 12 xəstə qlaukomanın inkişaf riski qrupuna daxil edilmişdir. İki illik müşahidə müddətində PEQ diaqnozu 12 müsbət sınaqdan 8-də təsdiq olunmuşdur.
Yekun
Klinik təcrübədə kofeinli yükləmə sınağının tətbiqi PES-lu xəstələrdə gözdaxili mayenin (GDM) hasili və onun axını arasında tarazliq pozğunluğunu üzə çıxarmaqla qlaukomanın inkişaf riski qrupunu aşkar etməyə imkan verir. Kofein sınağı zamanı GDM hasilinin artması fonunda GDM axın yüngullüyü koeffsientinin pisləşməsi bu qrup xəstələrdə gözün drenaj sisteminin kompensator imkanlarının pozulmasından xəbər verir. PES-lu xəstədə həqiqi GDT-in 21 mm c.s.-dan artıq qalxması optik neyropatiya əlamətləri müşahidə olunmadığı halda belə təklif etdiyimiz yükləmə sınağının aparılmasına göstərişdir.