КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ С МИТОМИЦИНОМ С И ИСПОЛЬЗОВАНИЕМ ПРОВИСКА В ЛЕЧЕНИИ ПСЕВДОЭКСФОЛИАТИВНОЙ ДАЛЕКОЗАШЕДШЕЙ ГЛАУКОМЫ

Авторы

  • Касимов Э.М.
  • Агаева Ф.А.

Açar sözlər:

mitomisin C, psevdoeksfoliativ qlaukoma, trabekulektomiya, Provisk

Xülasə

İşin məqsədi. İfrat inkişaf etmiş psevdoeksfoliativ glaukomada aşağı konsentrasiyalı mitomisin C (MMC - 2mg/
ml 2 dəqiqə ekspozisiyası ilə) və Provisk (1% sodyum hyaluronat) ilə birincili limbusəsaslı trabekulektomiyanın
kliniki effektivliyini qiymətləndirmək.

Material və metod
Aşağı konsentrasiyalı mitomisin C (MMC) ilə birincili limbusəsaslı trabekulektomiya
zamanı erkən aşırı filtrasiyanın qarşısını almaq üçün ön kameraya və skleral loskut altına Provisk inyeksiyası
aparılmış antiglaukomatoz müalicəyə refrakter olan ifrat inkişaf etmiş psevdoeksfoliativ glaukomalı (MD > -15dB)
12 xəstəsinin 12 gözünün prospektiv təhlili aparılıb. Göz daxili təzyiqin (GDT) azalması; görmə funksiyası, erkən
postoperativ fəsadlar; antiglaukomatoz dərmanların ortahesabla sayı vefiltrasiyablebingörünümü qiymətləndirildi.

Alınmış nəticələr
Postoperativ müşahidə vaxtı orta hesabla 8 ay idi. Əməliyyatdan öncə GDT orta hesabla
34 mmHg, əməliyyatdan sonra isə son kontrol GDT orta hesabla 13 mmHg qədər azalmışdır. Erkən postoperativ
GDT-in artması (24 mmHg) 1 gözdə izlənildi. 2 xəstədə görmə itiliyi kataraktanın progresiyası ilə əlaqədar
azaldı, 10 xəstədə dəyişiksiz qaldı. 2 xəstədə (16.7%) erkən tranzitor hipotoniya, 1 gözdə (8.3%) hipotoniya ilə
yanaşı ön kameranın daralması (1-ci dərəcə), 1 xəstədə (8.3%) bir həftəyə çəkilmiş hifema müşayiət olunmuşdur.
Preoperativ antiglaukomatoz medikamentlərin sayısı orta hesabla 2.5 olmuşdur və lakin 1 gözdə (8.3%)
postoperativ antiglaukomatoz medikamenta ehtiyac oldu. Müşahidə aparılan zaman heç bir olğumuzda xoroidal
qopma, hipotonik makulopatiya, komeal epitelial toksikopatiya, blebitis ve blebə bağlı endoftalmit kimi fəsadlarla
qarşılaşmadık. Bleb 3 gözdə (25%) onun avaskulyar (2-ci dərəcə), kistik görünümü ilə xarakterizə olundu.

Yekun
Aşağı konsentrasiyalı MMC ilə birincili trabekulektomiya zamanı Provisk viskoelastikın istifadə etməsi
erkən fəsadları azaldarkən və aşağı məqsəd gözdaxili təzyigi əldə edərkən ifrat inkişaf etmiş psevdoeksfoliativ
glaukomalı xəstələrin cərrahi müalicəsində bir alternativ ola bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

30.11.2011

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. and Агаева Ф.А. 2011. КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПЕРВИЧНОЙ ТРАБЕКУЛЭКТОМИИ С МИТОМИЦИНОМ С И ИСПОЛЬЗОВАНИЕМ ПРОВИСКА В ЛЕЧЕНИИ ПСЕВДОЭКСФОЛИАТИВНОЙ ДАЛЕКОЗАШЕДШЕЙ ГЛАУКОМЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 7 (Nov. 2011), 43–49.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>