ПАТОГЕНЕЗ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ ПРИ ПСЕВДОЭКСФОЛИАТИВНОМ СИНДРОМЕ (ОБЗОР ЛИТЕРАТУРЫ)
Xülasə
Psevdoeksfoliativ sindrom (PES)- açıq bucaqlı qlaukomamn (ABQ) inkişafında daha çox yayılmış spesihk
səbəblərdən biri hesab olunur.
Tədqiqatçılar arasında ABQ-nın PES-lu gözlərdə inkişaf mexanizmini izah edən 2 nəzəriyyə müzakirə edilir:
1. Qlaukoma 2-li proses olaraq gözdaxili mayenin axma yollarının psevdoeksfoliativ material və piqmentlə
tutulması nəticəsində yaranır.
2. PES artıq mövcud olan birincili ABQ-nm gedişini ağırlaşdırır.
PES zamanı yaranan ABQ-nın inkişafında proseslərin ardıcıllığı haqda bugünkü təsəvvürlər molekulyar
biologiyanın nailiyyətləri və genetik tədqiqatların nəticələri sayəsində əhəmiyyətli dərəcədə artib. Bu tədqiqatlar
adı çəkilən patoloji prosesin yaşla əlaqəli olması faktını, qlaukomamn inkişafında fotooksidativ stresin rolu və
mexanizmini açiqlayaraq təsdiqləyir.
Təqdim etdiyimiz araşdırmadan aydın olur ki, PES zamanı yaranan ABQ patogenezinin əsas səbəbləri bunlardır:
1. Piqment epitelinin disfunksiyası, piqment dispersiyası ve piqmentin ön kameram, eləcə də ön kamera
bucağını örtən endotel hüceyrələrilə faqositozu;
2. Hematooftalmik baryerin keçiriciliyinin pozulması və bununla əlaqədar gözdaxili maye tərkibinin
dəyişilməsi;
3. Trabekulyar şəbəkə, endotelial hüceyrələrinin disfunksiyası;
gözdaxili mayenin tərkibində ET-1 (endotelin-1) və PQF2a (prostaqlandin-F2a) konsentrasiyasmın artması
4. Trabekulyar şəbəkədə və yukstakanalikulyar sahədə hbrogen proses zəncirini aktivləşdirən TGFpi v
TGFP2 (transformasiyaedici böyümə faktoru-pi,2) kimi faktorların hasilinin artması.
Araşdırmamızda təqdim etdiyimiz nəticələr klinik praktikada PES-un göz almasında təzahürünün diaqnostikası
üçün artıq istifadə olunmaqdadır. Buna baxmayaraq, PES-un erkən diaqnostikası və inkişafının prohlaktikası
istiqamətində tədqiqatlar davam etdirilməlidir.