PSEVDOEKSFOLİATİV SİNDROMLA MÜŞAYİƏT OLUNAN KATARAKTA CƏRRAHİYYƏSİ ZAMANI DAR BƏBƏKLƏRİN GENİŞLƏNDİRİLMƏ ÜSULLARI (ƏDƏBİYYAT İCMALI)
DOI:
https://doi.org/10.30546/2709-4634.2022.1(40).51Açar sözlər:
psevdoeksfoliativ sindrom, rigid bəbək, midriatiklər, bəbəkgenişləndirici vasitələrXülasə
Müxtəlif tədqiqatlardan hazırlanan və təqdim olunan ədəbiyyat icmalında psevdoeksfoliativ sindromla müşayiət olunan katarakta cərrahiyyəsinın yüksək ağırlaşma risklərindən (zonulodializ, kapsul cırılması, şüşəvarı cismin qabarması, intraokulyar linza dislokasiyası) biri olan dar bəbək faktoru təhlil olunub. Belə ki, onun rastgəlmə tezliyi, ən əsas, müxtəlif ölkələrin alimləri tərəfindən təklif olunan profilaktik, diaqnostik, optimal cərrahi taktika növləri: dar bəbəklərin medikamentoz genişləndirilməsi üsulları, katarakta əməliyyatı zamanı bəbəyin mexaniki genəldilməsinin cərrahi üsulları, dar bəbəyinin mexaniki fiksasiyası üçün təklif olunan vasitələri müzakirə olunub. Nəticədə, katarakta cərrahiyyəsinin optimallaşdırımasına, fəsadların azaldılmasına, işlənib hazırlanan və təklif olunan çoxsaylı bəbəklərin genişləndirilmə üsullarının düzgün istifadəsinə, adekvat midriazı təmin etməyə, əlverişli klinik nəticələrə nail olmağa yönələn ədəbiyyat icmalı təqdim olunur.