МАЛОИНВАЗИВНАЯ ПЕРИНЕВРАЛЬНАЯ СКЛЕРОПЛАСТИКА В ХИРУРГИЧЕСКОМ ЛЕЧЕНИИ ГЛАУКОМЫ
Açar sözlər:
qlaukoma, görmə sinirinin atrofyası, perinevral skleroplastikaXülasə
Məqsəd – qlaukomanın cərrahi müalicəsində Ksenoplast implantlarının istifadəsiylə subtenon drenajlanma dərin sklerektomiya üsulunun nəticələrinin kliniki təhlilinin aparılması.
Material və metodlar
Kliniki tədqiqatlar xəstəliyin qeyri-sabit gedişatı ilə 40 pasiyent üzərində aparılıb. Pasiyentlərin yaşı 43-79 arasında tərəddüd edirdi. Pasiyentlərin cins üzrə bölünməsi:12 kişi, 28 qadın. Xəstəliyin başlanğıc mərhələsi 5 halda, inkişaf etmiş mərhələsi – 5 halda, ifrat inkişaf etmiş mərhələsi – 30 halda müəyyən edilmişdir. Bütün pasiyentlərə əməliyyatdan öncə və sonra görmə itiliyinin müayinəsi, kinetik və kompüter perimetriya, elektroretinoqrafk müayinə, tonometriya, ultrasəs dopleroqrafya, koherent tomoqrafya aparılmışdır. Xəstələr 2 qrupa bölünmüşdür: I qrup – dərin sklerektomiya aparılmış birincili açıqbucaqlı qlaukoma ilə 14 pasiyent; II qrup - dərin sklerektomiya + perinevral skleroplastika aparılmış 26 pasiyent.
Nəticə
Aparılan cərrahi müalicədən sonra bütün pasiyentlərdə funksional və anatomik göstəricilərin yaxşılaşması qeyd edilmişdir. Perinevral skleroplastikanın müsbət nəticələri, görünür ki, skleranın fziki-kimyəvi parametrlərinin optimizasiyası və görmə siniri diskinin xəlbirvari lövhəciyi zonasında davamlılıq xüsusiyyətlərinin artması ilə əlaqədardır. OKT-nın nəticələri göstərmişdir ki, ekskavasiya konfqurasiyasının dəyişməsi, sinir lifərinin keçiriciliyinin artmasını əldə etməyə imkan yaratmışdır, bu da funksional nəticələrin yaxşılaşmasına səbəb olmuşdur.
Yekun
Dərin sklerektomiya + perinevral skleroplastika cərrahi müdaxilə texnoligiyasının qlaukomanın müalicəsində tətbiqi sadə və əlverişli olduğundan, stabil görmə funksiyalarına nail olmaq məqsədilə, onun bir neçə dəfə keçirilməsi məqsədəuyğundur.