АСИММЕТРИЯ НЕЙРОФИЗИОЛОГИЧЕСКИХ ПРОЦЕССОВ В ЦЕНТРАЛЬНОМ ОТДЕЛЕ ЗРИТЕЛЬНОГО АНАЛИЗАТОРА И СЕТЧАТКЕ КАК ФАКТОР РИСКА РАЗВИТИЯ ПЕРВИЧНОГО ГЛАУКОМНОГО ПРОЦЕССА
Açar sözlər:
çağrılmış görmə potensialları, elektroretonoqrafya, okulyararası asimmetriya, tor qişa, birincili açıqbucaqlı qlaukomaXülasə
Məqsəd - birincili qlaukoma prosesinin inkişaf riski faktoru kimi görmə analizatorunun mərkəzi şöbəsində və tor qişada neyrofzioloji proseslərin asimmetriyasnı tədqiq etmək.
Material və metodlar
“V.P.Filatov adına göz xəstəlikləri və toxuma terapiyası institutu” Ukrayna MEA Dövlət Müəssisəsinin bazasında 186 xəstədə (358 göz) kompleks kliniki və neyrofzioloji tədqiqat aparılmışdır, onlardan birincili aşıqbucaqlı qlaukoma diaqnozu ilə 81 pasiyent (51,92%) qadın və 75 pasiyent (48,08%) kişi olmuşdur, orta yaş həddi 56,8 ± 4,26 təşkil etmişdir – əsas qrup. Bütün pasiyentlərə kliniki müayinə metodları keçirilmişdir: vizometriya, refraktometriya, biomikroskopiya, qonioskopiya, tonometriya, tonoqrafya, düz və əks oftalmoskopiya, “Humphrey” (ZEISS, ABŞ) cihazında kompüter perimetriya (görmə sahəsi əmsalı (VFI), tor qişanın işığa həssaslığının orta sapdırması (MD), “OPTOPOL” cihazında (SOCT Copernicus, Polşa) optik koherens tomoqrafya (tor qişanın sinir lifərinin qalınlığı (RNFL)). Görmə analizatorunun patoloji vəziyyətinin diaqnostikası üçün müxtəlif modifkasiyalarda (ümumi, zonal) şaxmat patterni və elektroretinoqrafın (ERQ) işartısına çağrılmış görmə potensialların (ÇGP), görmə analizatorunun fosfena qarşı həssaslığının müəyyən edilməsi kimi neyrofzioloji müayinə metodları tətbiq edilmişdir. ÇGP və ERQ müayinələr "RETI scan" (multifocal ERG / VEP, Rolandconsult, Almaniya) cihazında aparılmışdır.
Nəticə
İlk dəfə olaraq kliniki təcrübədə ÇGP və ERQ-in istifadəsi ilə birincili açıqbucaqlı qlaukomalı pasiyentlərdə tor qişa və baş beyin görmə qabığı neyronlarının bioelektrik aktivliyinin latent dövrü və amplitudası göstəricilərinə görə okulyararası asimmetriya göstərilmişdir. Birincili açıqbucaqlı qlaukomanın aşkarlanmasında diaqnostik cəhətdən daha dəyərli çağrılmış görmə potensiallarının göstəricilərinə görə N75 - P100 asimmetriya amplitudası piklərinin ölçüləridir (SignTest 66,66%). Pasiyentlərdə birincili açıqbucaqlı qlaukomanın mövcudluğu meyarları – ümumi elektroretinoqrafya göstəricilərinə görə tor qişanın xarici fotoreseptor neyronlarının bioelektrik aktivliyinin və ikinci səviyyəsinin latent dövrlərinin sürəkliyinin asimmetriyasıdır (müvafq olaraq SignTest 65,12% və 65,22%).
Yekun
Beləliklə, latent dövrünün sürəkliyi və tor qişanın xarici fotoreseptor neyronlar qatının bioelektrik aktivliyinin amplitudasının, tor qişanın ikinci neyronlar səviyyəsinin statistik dürüst okulyararası asimmetriyası (mümkün üfqi və amakrin hüceyrələrin daxil olunması ilə bipolyarlar), birincili açıqbucaqlı qlaukomalı pasiyentlərdə müller qliositləri və qanqlioz hüceyrələr ilkin qlaukoma prosesinin inkişafının risk amili kimi rol oynayır.