ДИФФЕРЕНЦИРОВАННЫЙ ПОДХОД К ДИАГНОСТИКЕ НЕВРИТОВ ЗРИТЕЛЬНОГО НЕРВА РАЗЛИЧНОЙ ЭТИОЛОГИИ

Авторы

  • Хамраева Г.Х.

Açar sözlər:

görmə siniri nevriti, yayılmış skleroz, optik koherent tomoqrafya, vizual evoked potensialı

Xülasə

Məqsəd – müxtəlif etiologiyalı görmə siniri nevritlərinin differensial – diaqnostik meyarlarının müəyyən edilməsi.

Material və metodlar
Diferensial-diaqnostik meyarların üzə çıxarılması üçün xəstələr 2 qrupa bölünmüşdür: I qrup GSN-nin ittihabi etiologiyası ilə olan xəstələr - 53 xəstə (90 göz), II qrup – GSN-nin demiyelinizəedici etiologiyası ilə olan xəstələr - 13 xəstə (23 göz) təşkil etmişdir. Nəzarət qrupu həmin yaşdan ibarət, oftalmopatologiyadan əziyyət çəkməyən 129 ORİJİNAL MƏQALƏLƏR 2017/1 (23) 10 somatik sağlam (10 göz) şəxs təşkil etmişdir. Tədqiqatın metodları kimi standart oftalmoloji (vizometriya, tonometriya, perimetriya, oftalmoskopiya), xüsusi oftalmoloji (optik koherent tomoqrafya – OKT), instrumental tədqiqatlar (çağrılmış görmə potensialları - ÇGP, traktoqrafya ilə baş beyinin maqnit-rezonans tomoqrafyası - МРТ) xidmət etmişdir.

Nəticə
Tədqiqat nəticəsində demiyelinizəedici etiologiya ilə görmə sinirinin nevriti olan xəstələrdə səciyyəvi xüsusiyyətlər aşkar edilmişdir: görmə itiliyinin 0,1 və daha aşağı enməsi, 86,9% hallarda bəbəklərin işığa paradoksal reaksiyası. Çağrılmış görmə potensialları vasitəsilə tədqiqatların nəticələrinə görə P100 latent dövrünün ikitərəfi uzanması və onun amplitudunun enməsi aşkar edilmişdir. MRT-da baş və onurğa beynin səciyyəvi dəyişiklikləri mövcuddur. ÇGP və MR-traktoqrafya göstəricilərinin dəyişiklikləri görmə yolunun postxiazmal zədələnməsinin üstünlük təşkil etdiyini təsdiq edir.

Yekun
Beləliklə, demiyelinizəedici görmə siniri nevritinin əsas differensial-diaqnostik meyarlarına bəbək reaksiyasının, OKT, MRT və MR-traktoqrafya göstəricilərinin tədqiqi aiddir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Хамраева Г.Х. 2017. ДИФФЕРЕНЦИРОВАННЫЙ ПОДХОД К ДИАГНОСТИКЕ НЕВРИТОВ ЗРИТЕЛЬНОГО НЕРВА РАЗЛИЧНОЙ ЭТИОЛОГИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 125–130.