OFTALMOHİPERTENZİYA VƏ QLAUKOMASI OLAN XƏSTƏLƏRDƏ GÖZ ALMASININ ÖN SEQMENTİNİN XƏTTİ VƏ BUCAQ PARAMETRLƏRİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
DOI:
https://doi.org/10.71110/ajo791020241604514551Açar sözlər:
ultrasəs biomikroskopiya, qlaukoma, oftalmohipertenziya, biometriyaAbstract
Məqsəd – ultrasəs biomikroskopiya (UBM) vasitəsi ilə oftalmohipertenziya və birincili qlaukoma zamanı göz almasının ön seqmentinin strukturları arasında əlaqənin bəzi xüsusiyyətlərin müəyyən etmək.
Material və metodlar
Tədqiqata 46,6±11,4 (27-60) orta yaşda olan oftalmohipertenziya (n=7) və birincili qlaukoma (n=53) ilə 60 pasiyent (60 göz) daxil edilmiş (Mills təsnifatı ilə 0-2 mərhələlər) və gözlərin aksial uzunluğuna (AU) görə 3 qrupa bölünmüşdür: I qrup (16 xəstə) – qısa (<23,0 mm), II qrup (23 xəstə) – orta (23,0-24,5 mm) və III qrup (11 xəstə) – uzun gözlər (>24,5 mm). Göz almasının əsas xətti (mm) və bucaq (°) parametrləri UBM ilə (Ellex Eye Cubed, 40 MHz, Ellex Inc., Australia) ölçülmüşdür.
Nəticələr
I, II, III qruplarda müvafiq olaraq aşağıdakı nəticələr əldə olunmuşdur: ön kameranın dərinliyi – 2,11±0,05, 2,47±0,04, 3,02±0,06; arxa kameranın dərinlilyi – 0,58±0,04, 0,65±0,03, 0,69±0,05. Qüzehli qişanın kök ətrafı zonada qalınlığı – 0,34±0,02, 0,34±0,01, 0,33±0,03. Skleral mahmızdan 1 mm məsafədə siliar cismin qalınlığı: 0,47±0,03, 0,55±0,04, 0,62±0,05; 2 mm məsafədə: 0,28±0,03, 0,33±0,02, 0,38±0,03 olmuşdur. Skleral mahmızdan 250 μm məsafədə “trabekula- qüzehli qışa” distansiyası – 0,09±0,03, 0,12±0,03, 0,21±0,04; 500 μm məsafədə olan – 0,14±0,02, 0,18±0,03, 0,27±0,03. “Trabekula- siliar çıxıntılar” distansiyası 0,65±0,05, 0,87±0,04, 1,07±0,06; Zinn bağların uzunluğu: 0,33±0,05, 0,52±0,04, 0,71±0,06 olmuşdur. Ön kamera bucağı (12 ́ətrafında) – 16,34±5,65, 22,49±3,85, 27,04±3,23; “sklera-qüzehli qışa” bucağı – 15,80±2,34, 19,56±1,12, 24,97±1,59; “sklera-siliar çıxıntılar” bucağı – 38,21±2,44, 48,69± 2,97, 51,22±3,66 olmuşdur. Qüzehli qışanın profili əsasən düz, qısa gözlərdə bir qədər qabarıq, uzun gözlərdə isə düz profilli və arxa yerləşməli, bir neçə halda konkav vəziyyətdə müşahidə edilmişdir
Yekun
Ön kameranın dərinliyi müxtəlif AU ilə birlikdə göz almasının ön seqmentinin strukturlarının yerləşməsində ən vacib amildir. Qısa gözlərdə arxa kameranın dayaz olması, qüzehli qışanın trabekula ilə tükənməsi və siliar çıxıntılarla qismən örtülməsi müşahidə edilmişdir. Orta və uzun gözlərdə siliar çıxıntılar ilə örtülməsinə və onların qüzehli qışanın kök nahiyəsinə yapışmasına görə, Zinn bağların vizualizasiyası çətinləşmişdir. Hər üç qrupda qüzehli qişanın düz profili aşkar edilmişdir, lakin orta və uzun gözlərdə profil daha qabarıq olmuşdur.