QLAUKOMA PASİYENTLƏRİNDƏ BUYNUZ QİŞANIN MƏRKƏZİ QALINLIĞININ ULTRASƏS PAXİMETR VƏ ENDOTELİAL MİKROSKOPİYA İLƏ ÖLÇÜLMƏSİNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Авторы

  • İbrahimova S.N.
  • Biləndərli L.Ş.
  • Əhmədova G.N.

Açar sözlər:

buynuz qişanın mərkəzi qalınlığı, ultrasəs paximetri, endotelial mikroskopiyası

Xülasə

Məqsəd - ultrasəs paximetr (UP) və endotelial mikroskopiya (KEM) müayinə metodlarından istifadə edərək əldə edilən buynuz qişanın mərkəzi qalınlığının (BQMQ) göstəricilərinin müqayisəli təhlili.

Маterial ve metodlar
Tədqiqata 10 (43,5%) qadın və 13 (56,5%) kişi daxil olmaqla tənzimləşdirilmiş GDT olan birincili açıq bucaqlı qlaukoma diaqnozu qoyulan 23 pasiyent (41 göz) daxil edilib. Müayinə olunanların orta yaş həddi 59,5±13,1 (minimum yaş 22, maksimum yaş 81) olmuşdur. Müayinə KEM (EM3000, Tomey, Yaponiya) və UP (PacScan 300p, Sonomed, ABŞ) üzərində 0,5% proparakain hidroxlorid məhlulunun (Alcaine, Alcon) ilkin instillasiyasından 2 dəqiqə sonra aparılmışdır.

Nəticə
Buynuz qişanın mərkəzi hissəsində qalınlığının orta dəyərini nəzərə alaraq, iki cihazın məlumatlarına əsasən, bütün gözlər şərti olaraq 3 alt qrupa bölündü. UP və KEM müayinə metodlarına əsasən, müayinə olunan xəstələrin ümumi qrupunda orta BQMQ dəyərləri müvafq olaraq 539,23±44,99 µm və 527,26±44,76 µm olmuşdur. İki üsul ilə aparılan müayinə nəticəsində alınan buynuz qişanın qalınlığının müqayisəli qiymətləndirilməsində 12,23±7,28 µm fərq aşkar edildi. Eynilə, paximetrik fərq müvafq olaraq 12,4±7,21 µm, 10,34±7,52 µm və 12,75±6,88 µm olmaqla I, II və III alt qruplarda təhlil edilmişdir.

Yekun
Beləliklə, bu tədqiqat nəticələrinin müqayisəli təhlili, fərqli iş prinsiplərinə malik iki diaqnostik cihazın məlumatlarına görə, optik cihazla müqayisədə göstəricilərin ultrasəs metod ilə daha yüksək olduğu BQMQ dəyərlərində fərqlər aşkar etdi. Əhəmiyyətli dərəcədə olan paximetrik fərq (12,23±7,28 µm) bu üsulları bir-birini əvəz edə bilməsinə əsas vermir. Lakin UP müayinə metodundan istifadə edərək buynuz qişanın qalınlığının ölçülməsi mümkün olmayan hallarda, alternativ olaraq, KEM diaqnostik müayinənin yerinə yetirilməsi, GDT-in daha düzgün interpretasiyası üçün 10-12 µm fərqi nəzərə alaraq, tövsiyə oluna bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

14.12.2022

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR