ИЗМЕНЕНИЕ ГЕМОДИНАМИЧЕСКИХ ПАРАМЕТРОВ КРОВОТОКА В ЦИЛИАРНОМ ТЕЛЕ ПРИ ОСЛОЖНЕННОЙ КАТАРАКТЕ НА ФОНЕ ОПЕРИРОВАННОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ
Açar sözlər:
hemodinamika, kirpikli cisim, qlaukoma, kataraktaXülasə
İşin məqsədi: fəsadli katarakta fonunda əməliyyat olunmuş açiq bucaqli qlaukoma zamani kirpikli cisimdə qan axininin hemodinamik parametrlərinin öyrənilməsində yeni metodun işlənib hazırlanması.
Material və metod
24 gözdə (24xəstə) kompleks ultrasəs müayinə aparılmışdır. Yaş həddi 47-78 olan xəstələrin
9-u qadın, 15-i kişi idi. Yetişməmiş fəsadli katarakta, əməliyyat olunmuş açiq bucaqli normal təzyiqli qlaukoma
diaqnozu ilə pasientlərdə «AcrySof» süni büllurunun implantasiyasıyla fakoemulsifikasiyadan əvvəl və 7, 15, 20
gün, 6və 12ay sonra hemodinamik parametrlər (9-doqquz) öyrənilmişdir.
Dupleks müayinə (ikiölçülü skanlaşdırma və rəngli transkranial puls-doppleroqrafiya) «Diasonics» (ABŞ)
firmasının «DRF-1000» və «Sci-Med» (İngiltərə) firmasının «PC DOP-842» ultrasəs aparatlarında icra olunmuşdur.
Göz almasının, orbitanın, ümumi, daxili və xarici yuxu arteriyalarının vizualizasiyası olunmuşdur.
Alınmış nəticələr və müzakirə
Statistik dürüst göstəricilər, xüsusilə rezistentlik indeksi, təsdiq edirlər ki, belə
hallarda «AcrySof» süni büllurunun implantasiyasıyla fakoemulsifikasiyadan sonra erkən dövrdə göz arteriyasında
qan axınına periferik müqavimətin azalması və kirpikli cisimdə qan axınının qüclənməsi baş verir.