СОВРЕМЕННЫЕ АСПЕКТЫ ДИАГНОСТИКИ ЗРЕНИЯ У ДЕТЕЙ С ХРОНИЧЕСКИМ ГЛОМЕРУЛОНЕФРИТОМ

Авторы

  • Каримжанова Н.И.

Açar sözlər:

biomikroskopiya, oftalmoskopiya, göz damarlarının ultrasəs doppleroqrafiyası, xroniki
qlomerulonefrit

Xülasə

Məqsəd - xroniki qlomerulonefrit (XQ) ilə uşaqlarda görmə orqanı qan dövranının xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
XQ ilə 5-14 yaş arası 64 uşaqda müayinə aparılmışdır. Bütün uşaqlara vizometriya, biomikroskopiya,
oftalmoskopiya, doppleroqrafiya üsulu ilə hər iki gözün qan dövranının ultrasəs müayinəsi daxil olmaqla
oftalmoloji müayinə aparılmışdır. Xəstələr iki qrupa bölünmüşdür: I qrup - XQ-nin hormonhəssaslı gedişatı ilə
uşaqlar; II qrup - XQ-nın hormonrezistent gedişatı ilə uşaqlar.

Nəticə
Araşdırmalar göstərmişdir ki, bütün XQ ilə xəstə uşaqlarda normal və ya pozulmuş görmə funksiyaları olduqda
ilk öncə göz damarlarının qan dövranı pozulmuş olur. Tor qişanın mərkəzi arteriyasında qan axınının maksimal və
minimal sürəti normadan aşağı olmuşdur, müvafiq olaraq tor qişanın mərkəzi venasında, arxa qısa siliar arteriyada
və göz arteriyasında bu parametrlərin enməsi aşkar edilmişdir. Bu dəyişikliklərin ifadə dərəcəsi daha çox XQ-nin
hormonrezistent gedişatı və pozulmuş böyrək funksiyası ilə xəstə uşaqlarda qeyd edilmişdir.

Yekun
Uşaqlarda xroniki qlomerulonefrit zamanı 85,9% hallarda göz damarlarında işemik zədələnməsi və getdikcə
görmə itiliyinin pisləşməsi ilə qan dövranının pozulması müşayiət edilir. Bu pozulmalar XQ-nin uzunmüddətli
hormonrezistent gedişatı və böyrək funksiyasının dəyişiklikləri ilə uşaqlarda daha çox ifadə edilmişdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.11.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Каримжанова Н.И. 2018. СОВРЕМЕННЫЕ АСПЕКТЫ ДИАГНОСТИКИ ЗРЕНИЯ У ДЕТЕЙ С ХРОНИЧЕСКИМ ГЛОМЕРУЛОНЕФРИТОМ. Azərbaycan Oftalmologiya Jurnalı. 28 (Nov. 2018), 67–69.