ЭФФЕКТИВНОСТЬ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ НА ФОНЕ ПРОВЕДЕННОГО КРОССЛИНКИНГА РОГОВИЦЫ В ЛЕЧЕНИИ МИОПИИ И АСТИГМАТИЗМА ПРИ СУБКЛИНИЧЕСКОМ КЕРАТОКОНУСЕ

Авторы

  • Миришова М.Ф.

Açar sözlər:

buynuz qişa, fotorefraktiv keratektomiya (FRK), miopiya, astiqmatizm

Xülasə

Məqsəd - subklinik keratokonuslu pasiyentlərdə miopiya və astiqmatizmin müalicəsində kombinəedilmiş
buynuz qişanın krosslinkinqi və fotorefraksion keratektomiya metodunun klinik nəticələrini qiymətləndirmək.


Material və metodlar
Bu araşdırma 2018-2019 illərdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer lazer
şöbəsində aparılmışdır. Tədqiqata 21 ilə 33 yaş arasında 11 xəstə (14 göz) daxil edilmişdir. Əməliyyatdan əvvəl
müayinə zamanı aşağıdakı məlumatlar əldə edildi: korreksiyasız görmə itiliyi 0,2 ± 0,15; korreksiya ilə görmə itiliyi
0,5 ± 0,18; sferik ekvivalenti -3,0 ± 1,5D; silindrik komponenti -1.0-dən -3.25 dioptriyaya qədər; buynuz qişanın
paximetriyası: buynuz qişanın mərkəzində - 523 ±21 mikron, ektaziyanın mərkəzində - 515 ± 17,3 mikron; Bütün xəstələrdə keratometrik göstəricilər Kİ 44.38 ± 0.93D, K2 48.64 ± 0.73D idi. Bütün xəstələrdə kombinə olunmuş
müalicə 2 mərhələdən ibarət idi və buynuz qişanın krrosslinkinqindən 6-8 ay sonra fotorefraktiv keratektomiya
(FRK) keçirilib.

Nəticə
Fotorefraktiv keratektomiya və buynuz qişanın krosslinkingi birləşdirilmiş metodundan sonra aşağıdakı nəticələr
əldə edildi: Keratometriya dəyərləri 43.1 - 48.3 dioptriyadan40.2 - 45.7 dioptriya qədər azaldı; refraksiyanın sferik
ekvivalent göstəriciləri -0.5 ± 0.75 diop-a enmişdir; Astiqmatizm dərəcələri -2.25 - 4.25 dioptriyadan 0.25 - 1.25
dioptriyaya enmişdir; Buynuz qişanın paximetriyası: buynuz qişanın mərkəzində - 462 ±22.1 mikron, ektaziyanın
mərkəzində - 443 ± 19.7 mikron; Korreksiyasız görmə itiliyi 0,05 -0,1 ilə 0,5-0,7 arasında artdı.

Yekun
Subklinik keratokonus olan xəstələrin müalicəsindən əvvəl və sonra topoqrafik nəticələrin təhlili göstərir ki,
buynuz qişanın mərkəzi qalınlığı və sıxlığı kimi parametrlər müşahidə müddəti ərzində sabit qalır. Beləliklə, bu iki
mərhələli texnika olduqca təsirli və təhlükəsizdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.01.2020

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Миришова М.Ф. 2020. ЭФФЕКТИВНОСТЬ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ НА ФОНЕ ПРОВЕДЕННОГО КРОССЛИНКИНГА РОГОВИЦЫ В ЛЕЧЕНИИ МИОПИИ И АСТИГМАТИЗМА ПРИ СУБКЛИНИЧЕСКОМ КЕРАТОКОНУСЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 31 (Jan. 2020), 65–70.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>