ЭФФЕКТИВНОСТЬ ОТДАЛЕННЫХ РЕЗУЛЬТАТОВ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ ПРИ КОРРЕКЦИИ АНИЗОМЕТРОПИЙ

Авторы

  • Керимова Н.К.
  • Рашидализаде Э.К.
  • Керимов К.Т.

Açar sözlər:

anizometropiya, eksimerlazer, FRK, korreksiya

Xülasə

Məqsəd – anizometropiyaların korreksiyasında FRK metodunun uzaq nəticələrinin və effektivliyinin qiymətləndirilməsi.

Material və metodlar
Bu tədqiqatda 86 anizometropiyalı xəstə (155 göz) daxil edilmişdir. FRK əməliyyatının uzaq nəticələri tədqiq olunmuşdur. Xəstələr anizometropiyanın növünə görə IV qrupa bölünmüşdür: I qrup 26 xəstə (49 göz), II qrup – 18 xəstə (33 göz), III qrup – 24 xəstə (44 göz), IV qrup – 18 xəstə (29 göz). Xəstələrin yaşı 18-54 yaş arasında olmuşdur. Kişilər – 40,6%, qadınlar – 59,4% təşkil etmişdir.

Nəticə
I qrup -1,25-dən -6,75 D qədər (4,5 ±1,62 D) miopik anizometropiyalı 26 xəstə (49 göz) PRK nəticəsində 0,8-1,0 korreksiya olunmamış görmə itiliyi 95% hallarda müşahidə olunmuşdur və 5% hallarda 0,6-0,7 D qeyd olunmuşdur. II qrup -6,75 D-dən -12,5 D qədər (-8.75 ± 2.75 D) sferik miopiya anizometropiyalı 18 xəstədən (33 göz) 78% hallarda korreksiya 0,4-1,0 D nəticə vermiş və 22% hallarda 0,2-0,4 D qeyd edilmişdir. Sferik ekvivalent refraksiya planlı FRK-dan 6 ay sonra 88% hallarda uyğun gəlmişdir və yalnız 12% hallarda planlaşdırılan göstəricidən 1,0 D-dən çox olmayaraq kənara çıxmışdır. FRK zonasında 1-2 dərəcəli bulanma 6% təşkil etmişdir. III qrup -1,0 D-dən -6,5 D-dək (-3.62 ± 1.47 D) miopik astiqmatizm və anizometropiya ilə 24 pasiyentdə (44 göz) eksimer lazer korreksiya 70,5% hallarda 0,8-1,0 D, 20% hallarda 0,6-0,7 D və 9,5% hallarda 0,3-0,5 D korreksiya olunmamış görmə itiliyinin artmasına səbəb olmuşdur. IV qrup sferik hipermetropiya və hipermetropik anizometropiya ilə 18 xəstədə (29 göz) həmçinin 0,4-0,9 D qədər görmə itiliyinin artması qeyd olunmuşdur. Bütün hallarda, astiqmatizm tamamilə aradan qaldırılıb, nəticədə sferik refraksiya qalığı tam götürülmüşdür. Əməliyyatdan sonra bütün qruplarda qeyri-düzgün astiqmatizm halları müşahidə olunmamışdır. Bütün qruplarda görmə itiliyinin artımı qeyd olunmuşdur. Kliniki müşahidələrin əməliyyatdan sonrakı dövründə 3 gözdə oftalmohipertenziya, 2 gözdə (1 xəstə) keratit qeyd olunmuşdur ki, bunlar müalicədən sonra sağalma ilə nəticələnmişdir.

Yekun
Alınan nəticələr göstərmişdir ki, refraksion əməliyyatlar arasında fotorefraksion keratoektomiya anizometropiyanın korreksiyasını yüksək dəqiqliklə yerinə yetirməyə imkan verən əsas metoddur. МЕL70 G-Scan (Aesclepion-Meditec, Almaniya) eksimer lazer qurğusu vasitəsilə həyata keçirilən FRK, bütün növ ametropiyaların korreksiyasında yüksək və sabit görmə itiliyini əldə etməyə imkan verən effektiv üsuldur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Керимова Н.К. et al. 2017. ЭФФЕКТИВНОСТЬ ОТДАЛЕННЫХ РЕЗУЛЬТАТОВ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ ПРИ КОРРЕКЦИИ АНИЗОМЕТРОПИЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 77–82.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>