ОСОБЕННОСТИ ВОЗДЕЙСТВИЯ НА РОГОВИЦУ НПВС И НОВЫЕ ПОДХОДЫ К ИХ ПРИМЕНЕНИЮ В ФОТОРЕФРАКЦИОННОЙ ХИРУРГИИ
Açar sözlər:
qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏV), dikloftil, nevanak, lornoksikam, buynuz qişanın densitometriyası, transepitelial FRKXülasə
Məqsəd – qeyri-steroid iltihab əleyhinə vasitələrin buynuz qişaya təsirinin xüsusiyyətlərini nəzərdən keçirtmək və onların fotorefraksion cərrahiyyədə tətbiqinə yeni yanaşmaları təklif etmək.
Material və metodlar
Tədqiqatlar 193 pasiyent (332 göz) üzərində aparılmışdır. Onlardan 18-35 yaş arasında müxtəlif dərəcəli miopiya ilə 65 pasiyentə (108 göz) Dikloftil, Nevanak və Lornoksikamın keçiriciliyinin densitometrik buynuz qişa funksional sınağının yerinə yetirilməsi ilə və onsuz, damcı və aerozol metodikasının epibulbar tətbiqinin qiymətləndirilməsi aparılmışdır. Müxtəlif dərəcəli miopiya ilə 128 pasiyentə (224 göz) qeyri-steroid iltihab əleyhinə vasitələrin ayrı-ayrı tətbiq üsulları hazırlıq mərhələsində və transepitelial FRK əməliyyatından sonra yerinə yetirilmişdir. Pasiyentlərin yaş həddi 18-48 arasında tərəddüd edirdi, orta yaş həddi 24,92±4,68 təşkil etmişdir.
Nəticə
Tədqiqatlar buynuz qişa stromasına və epitelinə yanaşı effektlərin mövcud olmaması meyarı üzrə qeyri-steroid iltihab əleyhinə aerozol vasitələrin fotorefraksion lazer əməliyyatlarından öncə və sonra epibulbar tətbiqinin üstünlüyünü göstərmişdir. Əməliyyatdan öncə buynuz qişa stromasının ribofavinlə və ya benqal çəhrayı ilə aerozol hopdurulması və əməliyyatdan sonrakı dövrdə ultra bənövşəyi eynək fotoproteksiya fotohəssaslığın artmasını və qeyri-steroid iltihab əleyhinə vasitələrin tətbiqindən yaranan əlavə effektləri kənar etməyə imkan yaratmışdır. Bütün hallarda transepitelial FRK zamanı qeyri-steroid iltihab əleyhinə vasitələrin tətbiqi epibulbar anesteziyanın təsirini gücləndirmiş, epitelizasiya vaxtını qısaltmış, iltihabi-regenerator cavab reaksiyasını minimuma endirmişdir. Bütün bunlar miopiya və zəif və orta dərəcəli miopik astiqmatizm ilə olan qrupda əməliyyatdan öncə korreksiya 105 ORİJİNAL MƏQALƏLƏR 2016/1 (20) olunmuş görmə itiliyinə (0,83±0,14) bərabər yüksək korreksiya olunmamış görmə itiliyinə (0,85±0,10) nail olmağa imkan yaratmışdır.
Yekun
Qeyri-steroid iltihab əleyhinə vasitələrin keçiricilinə funksional sınaqların aparılması, ablyasion və xarici UB şüalanmanın təsirinin azaldılması həmin preparatların buynuz qişaya yanaşı effektlərinin təsirindən qaçınmağa və fotorefraksion əməliyyatların nəticələrini yaxşılaşdırmağa şərait yaradır.