ОТДАЛЕННЫЕ РЕЗУЛЬТАТЫ ТОПОГРАФИЧЕСКИ ОРИЕНТИРОВАННОЙ ФОТОРЕФРАКЦИОННОЙ КЕРАТЭКТОМИИ С ПОСЛЕДУЮЩИМ КРОССЛИНКИНГОМ РОГОВИЦЫ В ЛЕЧЕНИИ КЕРАТОКОНУСА
Açar sözlər:
keratokonus, buynuz qişanın krosslinkinqi, fotorefraksion keratoablyasiyaXülasə
Məqsəd - ardınca buynuz qişa kroslinkinqi (BQK) aparılaraq topoqrafk istiqamətləndirilmiş fotorefraksion keratoablyasiya (Tİ-FRK) metodu vasitəsilə keratokonusun kombinəolunmuş müalicə nəticələrinin qiymətləndirilməsi.
Material və metodlar
Tədqiqata Amsler-Krumeyk təsnifatı üzrə keratokonusun 1-2 mərhələsi ilə 50 pasiyent (54 göz) daxil edilmişdir. Əməliyyatlar 2009-2013-cü illər dövründə aparılmışdır. Tİ-FRK əməliyyatı CRS-Master (buynuz qişanın topoqrafyası nəticələrini əməliyyat proqramına inteqrasiya etmək imkanına malik) vasitəsilə MEL 80™ (Zeyss) eksimer lazer ilə birgə aparılmışdır.
Nəticə
Əməliyyatdan əvvəl görmə itiliyi 0,65±0,23 təşkil etmişdir. Əməliyyatdan sonrakı dövrdə korreksiya olunmuş görmə itiliyinin göstəriciləri 0,77±0,19 təşkil etmişdir. Aşkar edilmişdir ki, pasiyentlərin 95%-i dinamikada müsbət (yüksəlmiş və sabit) görmə itiliyinə malik olmuşlar. K1 göstəricisi 45,20±3,78 – dən 43,02±3,82 qədər dəyişmişdir. Müvafq olaraq K2 göstəricisi 48.67±4.066-dən 45.87±4.79 qədər enmişdir. Buynuz qişanın digər əmsallarının göstəriciləri enmişdir: səthi dispersiya əmsalı (ISV) - 5,07%, vertikal assimetriya əmsalı (IVA) - 5,65%, keratokonus əmsalı (KI) - 3,2%, keratokonusun mərkəzinin əmsalı (CKI) - 1,42%, assimetriya hündürlüyünün əmsalı (IHA) - 15,24%, degenersiya hündürlüyünün əmsalı (IHD) - 26,81%. Bizim nəticələrimiz göstərmişdir ki, buynuz qişa əyriliyinin minimal radiusu (Rmin) əməliyyatdan sonrakı dövrdə 0,139±0,263 (2,18%) yüksəlmişdir, bu da buynuz qişanın ön səthinin keratometriya göstəricilərinin enməsinə müvafqdir.
Yekun
Beləliklə, buynuz qişa krosslinkinqi ilə topoqrafk istiqamətləndirilmiş fotorefraksion keratoablyasiya metodu vasitəsilə keratokonusun müalicəsi həm keratokonusun proqressivləşməsini dayandırır, həm də hazırki patologiya ilə pasiyentlərin əhəmiyyətli dərəcədə refraksion, topometrik və vizual reabilitasiyasını yaxşılaşdırır.