HİPERMETROPİYANIN KORREKSİYASINDA FOTOREFRAKTİV KERATOEKTOMİYANIN EFFEKTİVLİYİNİN ÖYRƏNİLMƏSİ

Авторы

  • Kərimova N.K.
  • İsmayılov Q.M.
  • Kərimov K.T.

Xülasə

Məqsəd – hipermetropiyanın korreksiyasında fotorefraktiv keratoektomiyanın (FRK) effektivliyinin qiymətləndirilməsi, metodun üstünlüyünün və çatışmayan cəhətlərinin aşkarlanması.

Material və metodlar
Tədqiqata 55 pasiyent (82 göz) daxil edilmişdir. Pasiyentlərin 20-si qadın, 30-u kişi olmuşdur. Pasiyentlərin orta yaş həddi 41 (16-66 yaş arasında) təşkil etmişdir. Yaşı 30-dan yuxarı olan pasiyentlərin sayı 18 olmuşdur. Bütün xəstələr hipermetropiyanın sferik ekvivalentindən asılı olaraq üç qrupa bölünmüşdür: I qrup – +0,5-dən +3,0 Dp (OSE +2,25±0,25); II qrup – +3,25-dən +5,0 Dp-ə qədər (OSE +4,25±0,075); III qrup – +5,0 ilə + 7,0 Dp (CSE +5,75±0,075). Korreksiyasız və korreksiya ilə görmə itiliyi əməliyyatdan əvvəl və sonra müəyyən edilmişdir. FRK əməliyyatları MEL 70 sistemi (Carl Zeiss Meditec, Almaniya) vasitəsilə həyata keçirilmişdir. Müşahidə müddəti 1-6 ay olmuşdur.

Nəticə
Belə ki, pasiyentlərin 11-də (73%-də) subepitelial halqavari flyor müşahidə olunmuşdur; 3 pasiyentdə – 0.5; 4 pasiyentdə – 1.0; 3 pasiyentdə – 3-cü dərəcəli flyor aşkarlanmışdır. Bütün pasiyentlərdə “haze” periferik yerləşdiyi üçün görməyə təsir etməmiş, müvafiq müalicədən sonra sorulmuşdur. FRK-dan sonra yüksək dərəcəli hipermetropiyalarda reqressiya müşahidə olunmuşdur. Buna baxmayaraq bütün hallarda əməliyyatdan sonra korreksiyasız görmə itiliyi 0.1-0.2 qədər artmışdır. Yüksək hipermetropiyası olan pasiyentlərdə flyor halları daha çox müşahidə olunmuşdur.

Yekun
Fotorefraktiv keratoektomiya zəif dərəcəli hipermetropiyanın korreksiyasında yüksək effektli və təhlükəsiz metod kimi özünü göstərmişdir. Orta dərəcəli hipermetropiyalı pasiyentlərdə görmənin artmasına, astenopik şikayətlərin azalmasına səbəb olmuşdur. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR