OFTALMOLOJİ YARDIMIN III MƏRHƏLƏSİNDƏ QLAUKOMANIN KLİNİK SƏCİYYƏLƏRİ

Authors

  • Hacıyeva B.X.

Keywords:

qlaukoma, oftalmoloji yardım, klinik xüsusiyyətlər

Abstract

Məqsəd – oftalmoloji yardımın III mərhələsində qlaukoma ilə xəstələrin klinik səciyyələrinin kompleks şəkildə qiymətləndirməsi.

Material və metodlar
Tədqiqat işinə oftalmoloji yardımın III mərhələsində olan akad. Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzinin poliklinikasına 2019-cu ildə müraciət etmiş və stasionarında müalicə almış müvafiq olaraq 1083 və 642 pasiyent daxil edilmişdir. Xəstələrin demoqrafik səciyyələri (yaş, cins), qlaukomanın klinik formaları, ağırlıq dərəcəsi, davam müddəti, xəstələrdə gözdaxili təzyiqin, CDR-in, görmə itiliyi və müalicə variantları barədə məlumat toplanmışdır. Qlaukomanın diaqnostikasında mövcud klinik protokollara müvafiq klinik-instrumental metodlar tətbiq olunmuşdur.

Nəticə
Xəstələrin cinsə görə bölgüsündə kişilərin xüsusi çəkisi statistik dürüst yüksəkdir (54,0±1,5 – poliklinikada, 53,3±1,5 – stasionarda). Pasiyentlrin əksəriyyəti 60-69 yaşında (28,8±1,4% – poliklinikada, 27,4± 1,7% – stasionarda) və 70-79 yaşında (müvafiq olaraq 27,8±1,4% və 25,5±1,7%) olmuşdur. Pasiyentlərdə birincili açıqbucaqlı qlaukoma nisbətən daha çox müşahidə olunmuşsur (müvafiq olaraq 68,8±1,4% və 66,5±1,9%). Poliklinikada 51,3±1,5% pasiyentlərə, stasionarda isə 52,0±2,0%-nə medikamentoz müalicə təyin edilmişdir.

Yekun
Oftalmoloji yardımın III mərhələsində 68,8±1,4% hallarda birincili açıqbucaqlı qlaukoma aşkar edilmişdir, 67,8±1,5% hallarda patologiya II və III mərhələdə olmuşdur. Ambulator və stasionar xəstələrin kliniki xüsusiyyətləri bir-birindən fərqlənir ki, bu da planlaşdırılmış müalicənin müxtəlif taktikalarının seçiminə səbəb olur.

Downloads

Download data is not yet available.

Published

2023-04-23

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Hacıyeva B.X. 2023. OFTALMOLOJİ YARDIMIN III MƏRHƏLƏSİNDƏ QLAUKOMANIN KLİNİK SƏCİYYƏLƏRİ. The Azerbaijan Journal of Ophthalmology. 44 (Apr. 2023), 30–38.
Article Footer

Similar Articles

1-10 of 322

You may also start an advanced similarity search for this article.