AZƏRBAYCANIN REGİONALARINDA UVEİT VƏ UVEAL QLAUKOMANIN EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİNİN BƏZİ ASPEKTLƏRİ

Müəlliflər

Açar sözlər

uveit, uveal qlaukoma, epidemioloji xüsusiyyətlər

Xülasə

Məqsəd – Azərbaycanın regionalarında uveit və uveal qlaukomanın (UQ) epidemioloji xüsusiyyətlərinin bəzi aspektlərini qiymətləndirmək.

Material və metodlar
Tədqiqat Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və Masallı, Gəncə, Şəki filiallarına 2008-2025-ci illər ərzində uveit və UQ ilə müraciət edən pasiyentlərin klinik və elektron məlumat bazasının (1C-EMS) materiallarının retrospektiv klinik, epidemioloji və etiopatogenetik təhlili əsasında aparılıb. Müayinə üsülları: oftalmoloji, ümumi klinik, laborator, statistik.

Nəticələr
Aparılan təhlil nəticəsində məlum olmuşdur ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və filiallarına 2008-2025- ci illər ərzində uveit ilə müraciət edən 2877 pasiyentin əksər hissəsi 19 - 70 yaş arasında (91,4%) qeydə alınmışdır (35,5% kəskin, 64,5% isə xronik mərhələdə). Onlardan ən çoxu Bakıya Mərkəzə - 2179 (75,7%), filiallara isə 698 nəfər (24,3%) müraciət edib. Ümumilikdə, bütün müraciətlərə nisbətən uveit ilə müraciət edən pasiyentlərin sayı 0,41% təşkil edib. İllər üzrə müqayisədə ən çox uveit ilə pasiyentlərin müraciətlərinin sayı Bakıda – 2018, 2024, Masallıda – 2017, 2022, Gəncədə – 2017, 2024, Şəkidə – 2020-ci illərdə qeydə alınıb. Uveit ilə kişilər daha çox Bakı (55,3%) və Masallı (67,5%), qadınlar isə Gəncə (62,4%) və Şəki (61,1%) filiallarına müraciət etmişdirlər. Uveitlərin daha çox qeyri-infeksion etiologiyasının (59,4%) və arxa anatomik lokalizasiyasının rastgəlmə tezliyi (37,8%) aşkar edilmişdir. 2877 pasiyentdən 837-də (29,1%) uveal oftalmohipertenziya (UOH), 346-də (12,03%) UQ aşkar olunmuşdur. UOH əsasən ön uveit zamanı (657 xəstədə, 78,5%), UQ isə uveitin xronik mərhələsində (66,5%) aşkar olunmuşdur. UQ ilə pasiyentlərin gecikmiş daha çox ifrat inkşaf etmiş mərhələsində ilkin müraciəti (40,2%) radikal cərrahiyyə müalicə üsullarının seçiminə məcbur edir. Uveit ilə pasiyentlərdə də aparılan hər hansı cərrahi müdaxilə əməliyyatdan sonrakı iltihab prosesinin kəskinləşməsinə də səbəb ola bilər.

Yekun
Uveitlərin daha çox qeyri-infeksion etiologiyası (59,4%) və arxa anatomik lokalizasiyası (37,8%) aşkar olunmuş, 29,1%-də UOH, 12,03%-də isə UQ qeydə alınmışdır. UQ əsas xronik uveitin (66,5%) və ifrat inkşaf etmiş mərhələsində (40,2%) aşkar olunması radikal cərrahiyyə müalicə üsullarının seçiminə məcbur edir. UQ-nın inkişaf riskini azaltmaq məqsədilə uveit ilə pasiyentlərin dispanserizasiyası, müayinə və müalicəsində multidissiplinar yanaşma taktikasının seçimi, UOH olan xəstələrin daim dinamik müşahidəsi və iltihabəleyhinə müalicə ilə yanaşı müvafiq hipotenziv, neyroprotektiv kompleks müalicənin vaxtında aparılması məsləhətdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

01.10.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Məcidova S.R. et al. 2025. AZƏRBAYCANIN REGİONALARINDA UVEİT VƏ UVEAL QLAUKOMANIN EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİNİN BƏZİ ASPEKTLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 54 (Oct. 2025), 37–45.
Article Footer

Oxşar məqalələr

1-10 : 163

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.