KORNEOSKLERAL YARALANMADAN SONRA TOR QİŞANIN MƏRKƏZİ ARTERİYA VƏ VENASININ KOMBİNƏ OLUNMUŞ OKKLÜZİYASI (KLİNİK HALLAR)
Açar sözlər
görmə orqanının travması, tor qişanın mərkəzi arteriya və venasının kombinə olunmuş okklüziyasıXülasə
Görmə orqanın travması ilə əlaqəli təcili tibbi yardım şöbəsinə müraciətlərin əsas səbəblərindən biri olaraq qalır.
Məqsəd – dəlib-keçən korneoskleral yaralanma müşahidəsinin təhlili tor qişanın mərkəzi arteriya və venasının kombinə olunmuş okklüziyasının klinik halını təhlil etmək.
38 yaşlı kişi pasiyent aldığı travmadan sonra sol gözündə görmə qabiliyyətinin itirilməsi şikayəti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Pasiyentə müntəzəm oftalmoloji müayinələrlə yanaşı, orbital nahiyənin kompüter tomoqrafiyası, laborator qan analizləri, elektrokardioqrafiya və fluoroqrafiya təyin edilmişdir. Sol gözün oftalmoloji müayinəsi zamanı yuxarı və aşağı göz qapaqların kəsilmiş yarası, geniş məsafəli korneoskleral dəlib-keçən yaralanması qeyd olunurdu. Cərrahi müdaxilədən sonra göz dibinin müayinəsi zamanı tor qişanın mərkəzi arteriya və venasının kombinə olunmuş okklüziyası müəyyən edilmişdir.
Təqdim olunan müşahidədə göz alması və müdafiə aparatının yaralanması fonunda tor qişanın mərkəzi arteriya və venasının kombinə olunmuş okklüziyasının inkişafının nadir bir klinik halı təsvir edilir. Müvafiq təcili müalicəyə baxmayaraq, xəstənin ləngidilmiş müraciəti əsnasında görmə funksiyası aşağı olaraq qalmışdır; bu vəziyyət tor qişada damar dəyişikliklərinin geri dönməz işemik və struktur fəsadları ilə əlaqələndirilirdi.