PEDİATRİK AFAKİK QLAUKOMA (ƏDƏBİYYAT İCMALI)

Authors

  • Həsənova N.A.
  • Həsənov C.V.
  • Qasımov E.M.

DOI:

https://doi.org/10.30546/2709-4634.2023.46.0271.

Keywords:

pediatrik afakik qlaukoma, anadangəlmə katarakta, ön kamera bucağının fibrozu, gözdaxili təzyiq

Abstract

Pediatrik afakik qlaukoma uşaq kataraktasının fəsadsız əməliyyatından sonra müşahidə edilən və görmə üçün təhlükəli olan geniş yayılmış bir ağırlaşmadır. Bu, anadangəlmə katarakta əməliyyatından sonra ən çox rast gəlinən gecikmiş ağırlaşmadır. Ədəbiyyatda rastgəlmə tezliyinin 15% ilə 45% arasında olduğu bildirilmişdir, lakin bu, əməliyyatdan sonrakı müşahidə müddətinin uzunluğundan asılı ola bilər. Son zamanlar daha yeni cərrahi üsulların tətbiqinə baxmayaraq, rastgəlmə tezliyi yüksək olaraq qalır. Afakik qlaukoma xüsusilə diaqnostika və müalicə baxımından əhəmiyyətli klinik problem olaraq qalmaqdadır. Bu uşaqlara diaqnoz qoymaq çətindir, çünki onlar yüksək gözdaxili təzyiqə baxmayaraq uzun müddət simptomsuz ola bilərlər. Əlamətlər gec büruzə verir və buna görə də anadangəlmə qlaukoma əlamətləri, yəni buftalm, buynuz qişanın bulanması və Haab striyaları olmur. Laboratoriya və klinik sübutların nəzərdən keçirilməsi və qiymətləndirilməsi, pediatrik afakik qlaukomanın qismən büllur hüceyrələrinin dispersiyası, sitokinlərin aktivasiyası və epitelialmezenximal keçid ilə əlaqədar əməliyyatdan sonra ön kameranın fibrozlaşması nəticəsində ikincili olaraq filtrasiya funksiyasının itməsi nəzəriyəsini təsdiqləyir. 

Downloads

Download data is not yet available.

Published

2023-11-27

Issue

Section

​LITERATURE REVIEWS

How to Cite

[1]
Həsənova N.A. et al. 2023. PEDİATRİK AFAKİK QLAUKOMA (ƏDƏBİYYAT İCMALI). The Azerbaijan Journal of Ophthalmology. 46 (Nov. 2023), 71–79. DOI:https://doi.org/10.30546/2709-4634.2023.46.0271..
Article Footer

Similar Articles

1-10 of 326

You may also start an advanced similarity search for this article.