БИЛАТЕРАЛЬНАЯ ЗАКРЫТОУГОЛЬНАЯ ГЛАУКОМА И МИОПИЯ, ВЫЗВАННЫЕ ПРИМЕНЕНИЕМ ПРЕПАРАТА АЦЕТАЗОЛАМИДА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Авторы

  • Гусейнова Т.С.
  • Гахраманова Л.Ф.

Açar sözlər:

asetazolamid, qapalı bucaqlı qlaukoma, miopiya, xorioidal effuziya

Xülasə

40 yaşlı xəstədə üç gün ərzində ikitərəfi, getdikcə artan dumanlı görmə yaranmışdır. Həmin dövrdə xəstə, bir həftə ərzində, gündə üç dəfə asetazolamid preparatı (Diakarb) qəbul edirdi. Görmə kəskinliyi hər iki gözdə müayinə zamanı 0,06 olmuşdur. Gözdaxili təzyiq 30 mm c.s. sağ gözdə və 38 mm c.s. sol gözdə, hər iki gözdə konyunktiva kəskin hiperemiyalı, buynuz qişa zəif ödemli, dayaz ön kamera, və qonioskopiya zamanı qapalı ön kamera bucağı müşahidə edilirdi. Refraksiya -6,00 diyoptriya (D) sağ və -6,50 D sol gözdə qeyd olunurdur. Simptomlar asetazolamidin kəsilməsi ilə tamamilə aradan götürülmüş, gözdaxili təzyiq damcı vasitəsi ilə normallaşmışdır.
Asetazolamidin istifadəsi kəskin qapalı bucaqlı qlaukoma və miopiya ilə fəsadlaşa bilər. Preparatın qəbul edilməsinin dayandırılması bütün fəsadları aradan qaldırır. Bu səbəbdən, həkim asetazolamid preparatını təyin etdiyi zaman, belə fəsadlarla qarşılaşa biləcəyini nəzərə almalıdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Как цитировать

[1]
Гусейнова Т.С. and Гахраманова Л.Ф. 2015. БИЛАТЕРАЛЬНАЯ ЗАКРЫТОУГОЛЬНАЯ ГЛАУКОМА И МИОПИЯ, ВЫЗВАННЫЕ ПРИМЕНЕНИЕМ ПРЕПАРАТА АЦЕТАЗОЛАМИДА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ). Azərbaycan Oftalmologiya Jurnalı. 17 (May 2015), 112–115.