К ВОПРОСУ ХИРУРГИИ ПТОЗА ВЕРХНЕГО ВЕКА

Authors

  • Джарулла-заде И.Ч.

Keywords:

üst qapaq ptozunun cərrahi müalicəsi

Abstract

Məqsəd: üst qapaq ptozunun, onu şərtləndirən səbəbin müalicəsinə xüsusi yanaşma mövqeyindən müalicəsinin səmərəliliyinin artırılması.

Material və metodlar
Üst qapağın müxtəlif mənşəli ptozu ilə 48 xəstənin (60 göz) ətrafı müayinəsinin nəticələri tədqiqata daxil edilmişdir. Hender amilinə görə bölgü göstərmişdir ki, 17 (37%) şəxs kişi cinsindən, 29 (63%) şəxs qadın cinsindən olmuşdur. Xəstələrin yaşı 5-70 yaş arasında olmuşdur. Anadangəlmə ptozu xəstələrin, eləcə də Markus-Qunna sindromu və gözün hərəki sinirinin iffci ilə xəstələrin müayinəsinin nəticələri tədqiqata daxil edilməmişdir.

Nəticə
Ptozlu xəstələrin, o cümlədən, də əvvəllər artıq əməliyyat olunmuş xəstələrin müayinələrinin nəticələrinin təhlili göstərdi ki, anadangəlmə mənşəli patologiya 26 nəfərdə (54%), qazanılma isə - 22 nəfərdə (46%) olmuşdur. Qazanılma ptozun inkişafı şərtləndirən amillər sırasında bunlar olmuşdur - mexaniki travma (3 xəstənin 3 gözündə), kataraktanın ekstraksiyasından sonrakı cərrahi travma (2 xəstənin 2 gözündə), yaşa bağlı dəyişikliklər (15 xəstədə). Botulotoksin inyeksiyasından sonra müraciət edən 2 xəstədə, ptoz halı qeyd olunmuşdur. Üst qapağın ptozunun müalicə taktikasında cərrahi üsulun seçimi zamanı əzələnin funksional vəziyyəti, onun yığılma qabiliyyəti və elastikliyi nəzərə alınaraq ptozu yaradan patogenetik zəmcirin aradan qaldırılmasına qarşı yönəldilən metodlar əhəmiyyətli olmuşdur. Üst qapaq levatorunun rezeksiyası [3, 7, 8, 9] şəklində, konyunktivomüllerektomiya [6, 10], frontal asılma, eləcə də Uitnall (Whitnall's ligament) bağına asılma kimi kombinəolunmuş üsullar və müsbət nəticə əldə etməyə imkan verən müxtəlif modifkasiyalar [2, 5, 6, 12], seçilmişdir.

Yekun
Üst qapağın ptozunun effektiv müalicə taktikaslnda cərrahi yanaşmanın seçimi zamanı əzələnin funksional vəziyyəti, onun yığılma qabiliyyəti və elastikliyi nəzərə alınaraq ptozu yaradan patogenetik zəncirin aradan qaldırılmasına və aşkarına yönəldilmiş metodlar əhəmiyyətlidir.

Downloads

Download data is not yet available.

Published

2016-02-12

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Джарулла-заде И.Ч. 2016. К ВОПРОСУ ХИРУРГИИ ПТОЗА ВЕРХНЕГО ВЕКА. The Azerbaijan Journal of Ophthalmology. 20 (Feb. 2016), 68–72.
Article Footer

Similar Articles

1-10 of 266

You may also start an advanced similarity search for this article.