К ТАКТИКЕ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ НОВООБРАЗОВАНИЙ В МЫШЕЧНОЙ ВОРОНКЕ ОРБИТЫ

Авторы

  • Джарулла-заде И.Ч.
  • Юсифова Н.З.

Açar sözlər:

gözyuvası, yenitörəmələr, əzələ qıfının sahəsi, optimal taktika, az invaziv cərrahi kəsiklər

Xülasə

Məqsəd -əzələqıfinm sahəsində lokallaşan göz yuvasının yenitörəmələrinin götürülməsinin, osteotomiyasız intrakonus törəmələrinin ekstraksiyasına az invaziv cərrahi yanaşması daxil olunmaqla, optimal taktikasının müəyyən edilməsi.

Tədqiqatın material və metodları
Tədqiqat əzələ qıfının sahəsində lokallaşan (intrakonus lokalizasiya) göz yuvasının yenitörəmələri olan 8
pasiyentin müayinə və müalicəsi nəticələrinə əsaslanmışdır. Pasiyentlərin yaşı 30-59 arası dəyişmişdir. Onlardan 3-ü kişi, 5- qadın olmuşdur. Oftalmoloji müayinə, nüvə-maqnit rezonansı (NMR), kompüter tomoqrafiyası aparılmışdır. Yenitörəmənin götürülməsi ilə cərrahi müalicə osteotomiyasız transkonyunktival kəsik (yanaşma) texnikası ilə aparılmışdır.

Nəticələr
Yenitörəmənin kliniki təzahürləri sırasında ekzoftalm qeyd edilir, ekzoftalmometriyada 3 mm-dən 7 mm qədər. Görmənin pozulmaları, onun azalması, keyfiyyətinin dəyişilməsi 6 pasiyentdə hipermetropiyaya doğru refraksiyanın birtərəfli dəyişməsini aşkar etmişdir. Arxa qütbə törəmənin təzyiqi nəticəsində əmələ gələn göz dibində dəyişikliklər bizim müşahidələrdə daimi olmamışıdr, choroidal folds (xoroideyanın büküşləri) mövcud idi.
Gözün arxa hissəsinin strukturlarının kompressiyasını istisna etmək üçün sağlam toxumanın sərhədlərində aşağı-lateral proyeksiya üzrə kəsiklə törəmənin transkonyunktival götürülməsi taktikası seçilmişdir.
Morfoloji tətqiqat zamanı pasiyentlərin müayinə və müalicəsinin nəticələri yenitörəmənin təbiətini (şvannoma-1, kavernoz hemangioma-7) təsdiq etmişdir.
Cərrahi müdaxilənin gedişatında ağırlaşmalar qeyd edilməmişdir. Görmə funksiyaları, orbital strukturların funksiyaları saxlanılmışdır. Pasiyentlər bir sutkadan sonra əmək qabiliyyətinin bərpası və yaxşı kosmetik effekt əldə olunmaqla ambulator müşahidəyə keçirilmişdir.

Yekun
Müasir skanlaşdırma üsullarının istifadəsi, törəmənin daha dəqiq lokalizasiyası və az invaziv cərrahi kəsiklərin tətbiqi intrakonus törəmələrinin ekstarksiyasını osteotomiyasız aparılmasına imkan yaradır ki, bu da nisbətən təhlükəsiz üsul hesab edilir. Müşahidələrin az sayını, o cümlədən əsaslı fikir və nəticələrin çıxarılması üçün kifayət qədər olmadığını nəzərə alaraq, gələcəkdə tədqiqatların aparılması tövsiyə olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

09.12.2014

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Джарулла-заде И.Ч. and Юсифова Н.З. 2014. К ТАКТИКЕ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ НОВООБРАЗОВАНИЙ В МЫШЕЧНОЙ ВОРОНКЕ ОРБИТЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 16 (Dec. 2014), 50–57.