К АНАЛИЗУ ФАКТОРОВ РИСКА ПРИОБРЕТЕННОГО ПТОЗА
Açar sözlər:
üst qapağın ptozu, risk faktoru, səbəbləriXülasə
Məqsəd - müalicə taktikası və cərrahiyyə nəticələrinin proqnozlaşdırılması mövqeyindən, hazırki kliniki materialda, qazanılmış ptozun inkişaf səbəbləri faktorlarının təhlili
Material və metodlar
Üst qapağın birtərəfi müxtəlif genezli blefaroptozu olan 58 pasiyentin müayinələrinin nəticələri ümumiləşdirilib və təhlil edilib. Bunlardan, kişilər 20 (34%), qadınlar isə 38 nəfər (66%) təşkil edirdi. Pasientlərin yaş həddi 18 yaşdan 82 yaşa kimi dəyişirdi. Pasientlərin müayinəsinə daxildir: ptozun əmələ gəlməsində potensial risk faktorunun öyrənilməsi məqsədi ilə anamnestik məlumatların toplanması, yəni, inkişafının səbəbi, xəstəliyin müddəti, əvvəlki müalicələr, həmçinin qeyri-qənaətbəxş nəticələrin analizi. Oftalmoloji müayinələrdən əlavə daxildir: “Bella fenomeninin” mövcudluğu, yuxarı düz əzələnin vəziyyətinin funksional qiymətləndirilməsi ilə müayinəsi, ptozun ifadəsi dərəcəsi. Ptozun dərəcəsi Finsterer J. ilə qiymətləndirilirdi. Üst qapağın levatorunun gücü qiymətləndirilirdi, göz qapağının ekskursiyası, palpebral büküyün hündürlüyü və görünüşü, qaşların gərginliyi, laqoftalmın mövcudluğu, “Bella fenomeni” və göz yaşı mayesinin məhsulu. Şübhəli hallarda isə bu tədqiqatlar istifadə olunurdu: kompüter tomoqrafyası (KT), nüvə-maqnit rezonansı (NMR).
Nəticə
Klinik müşahidələrin təsdiqinə əsasən, ptozun inkişafının əsasında müxtəlif səbəblər durur, həmçinin anatomik aparatın zədələnmə dərəcələri. Müayinənin ümumiləşdirilmiş analiz nəticələri ptozun 6 müxtəlif variantlarını ayırmağa imkan verir. Birinci qrup özundə 8 müşahidəni (14%) daxil edir, qısamüddətli xarakterli blefaroptoz, misal üçün, hamiləlik şəklində fzioloji vəziyyətə səbəb olmuş – 1 (2%), iltihablı qenez (xalazion, sellülit, allerqik qenezin şişliyi), yəni, cərrahi korreksiya tələb etməyən. İkinci qrup pasientlərə isə, senil və postkontuzion ptozun nəzərdə oxşar səbəblərdən inkişaf etmiş 29 (50%) müşahidə aiddir. Bunlar içərisində 25 (43%), blefaroptozun inkişaf nəticəsi yaş dəyişiklikləri (senil,involusion) sayılırdı. 4 (6%) hallarda isə, pasientlərin sözlərinə görə, kontuzion travmalar sayılırdı. Üçüncü qrupa göz qapağının açıq travması olan pasientlər daxildir, 6 (10%) hallarda, harada ki, üst göz qapağının zədədən sonra dəyişikliyi görünürdü, cərrahi düzəlişdən sonra. Dördüncü qrupa, oftalmoloji əməliyyatdan sonra ptozun inkişafının müşahidəsi halları aiddir. 8 (14%) hallarda mexaniki – cərrahi zədələr yer tutur, harada ki, ptoz aftolmoloji əməliyyatlardan sonra əmələ gəlib, bunlardan, katarakta hasilatı 4 (8%) hallarda, antiqlaukomatoz əməliyyatlar 2 (3%), həmçinin enukleasiya 2 (3%) hallarda baş verir. Beşinci qrupa bədxassəli miasteniya, CPEO, Horner sindromu kimi neyroqen xarakterli ptoz daxil idi (5 xəstə - 9%). 2 xəstə, müvafq olaraq 2 və 1. Altıncı qrupda 5 xəstə (9%) var idi, hansı ki, ptoz neyrofbromatoz, dəri buynuzu və limfaqioma kimi neoplazmalar ilə bağlı idi.
Yekun
1. Beləliklə, ptozun inkişafının əsasında müxtəlif səbəblər durur, həmçinin anatomik apparatın zədələnmə dərəcələri.
2. Blefaroptozun müalicəsi zamanı, patalogiyanın peydə olunmasına dair, faktorlar aşkar edilməlidir. Bleforaptozun korreksiyasının optimal taktikası, yalnız hər bir pasientin müayinə alqoritmi, zədələnmə dərəcəsinin diaqnostikası, onun həcmi, patoloji dəyişikliklərinin aradan qaldırılması imkanlarıdır.