ТАКТИКА ХИРУРГИЧЕСКОЙ КОРРЕКЦИИ ВТОРИЧНОЙ ЭКЗОТРОПИИ.
Açar sözlər:
ikincili ekzotropiya, cərrahi müalicə, daxili düz əzələnin antero-mövqesiXülasə
Xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf etmə tezliyi 2%-dən 44%-ə qədər təşkil edən ikincili ekzotropiyamn cərrahi korreksiyası kompleks məsələdən ibarətdir.
Tədqiqatın məqsədi. İkincili ekzotropiyamn patogenetik istiqamətləndirilmiş cərrahi müalicə taktikasının işlənib hazırlanması.
Material və metodlar
Tədqiqata xarici çəpgözlüyün cərrahi müalicəsindən sonra inkişaf etmiş 83 ikincili
ekzotropiya ilə xəstə daxil edilmişdir. Ənənəvi oftalmoloji və gözü hərəkət etdirən aparatın xüsusi tədqiqat
metodlarından istifadə edilmişdir. Əməliyyatdan sonrakı müşahidə dövrü 1-5 il təşkil edirdi.
Nəticə və onların müzakirəsi
Resessiya və ya tenoskleroplastika üsulu vasitəsilə daxili düz əzələnin (DDƏ)
ikitərəfli zəiflədilməsindən sonra (27 xəstə) inkişaf etmiş ikincili ekzotropiya zamanı daha çox ifadə edilmiş
adduksiyanın məhdudlaşdırılması ilə gözdə və DDƏ-nin birtərəfli zəiflədilməsindən sonra (52 xəstə) əməliyyat
olunmuş gözdə cərrahi müdaxilə aparılmışdı. DDƏ-nin əməliyyatı gedişində vizualizasiya zamanı çəpgözlük
bucağının həcmindən və göz yarığının enindən asılı olmayaraq onun anatomik bərkidilmə yerindən 4 mm-dən
artıq yerdəyişməsi halında antero-mövqesi aparılırdı. DDƏ-nin 4 mm-dən çox olmayan yerdəyişməsi zamanı və
Girşberq üzrə >10° çəpgözlük bucağında göz yarığından asılı olaraq, DDƏ-nin antero-mövqesi onun rezeksiyası
və ya ipsilateral xarici düz əzələnin (XDƏ) resessiyası ilə tamamlanırdı. Cüt gözlə müqayisədə onun genəlməsi
zamanı DDƏ-nin rezeksiyası aparılırdı, hansı ki, əzələnin təsirinin güclənməsinə və göz yarığının daralmasına
gətirib çıxarırdı. Göz yarıqları eninin asimmetriyasının mövcud olmaması zamanı XDƏ-nin ipsilateral resessiya
aparılırdı. Ekzodeviasiyanın qalıq bucağının qorunması zamanı (Girşberq üzrə >5°) 3-6 aydan sonra cüt gözdə
DDƏ-nin antero-mövqesi aparılırdı. Ekzodeviasiyanın bucağı həcmindən, əzələnin anatomik bərkidilmə yerinin
yerdəyişməsindən və göz yarığının enindən asılı olaraq DDƏ-nin antero-mövqesi onun rezeksiyası və ya XDƏ-nin
ipsilateral resessiyası ilə birgə aparılırdı. DDƏ-nin qismən tenotomiyasından sonra inkişaf etmiş ikincili ekzotropiya
zamanı (4 xəstə) daha çox ifadə edilmiş adduksiyanın məhdudlaşması ilə gözdə DDƏ-nin rezeksiyası aparılmışdı.
Qalıq ekzodeviasiya bucağının qorunması zamanı (Girşberq üzrə >5°) 3-6 aydan sonra cüt gözdə DDƏ-nin
rezeksiyası, >10° çəpgözlük bucağında isə - DDƏ-nin XDƏ-nin ipsilateral resessiyası ilə kombinasiyada rezeksiya
aparılırdı. Adduksiyanın məhdudiyyəti ilə ikincili ekzotropiya zamanı və vertikal deviasiya ilə birgə göz almasının
hərəkətliliyinin bərpası məqsədi ilə (zədələnmiş vertikal əzələnin və vertikal deasiyanın müəyyən edilməsi üçün
lazımi şərt) 1-ci mərhələdə daha çox ifadə edilmiş adduksiyanın məhdudiyyəti ilə gözdə yuxarıda qeyd olunan
sxem üzrə cərrahi müdaxilə aparılmışdı. Adduksiyanın bərpasından sonra Helvestonun ikipilləli testi keçirilirdi
və zədələnmiş vertikal əzələ müəyyən edilirdi. İkinci mərhələdə vertikal çəpgözlüyün korreksiyası aparılmışdı.
İntraoperasion vizualizasiya zamanı 8 xəstədə DDƏ-nin skleraya çəp bərkidilməsi, əzələnin şaquli yerdəyişməsi
qeyd olunurdu, bu da ikincili vertikal deviasiyanın inkişafına səbəb olmuşdu, hansı ki, cərrahi müalicənin bir
mərhələsi - DDƏ-nin antero-mövqesi ilə - kənar edilmişdir. İkincili ekzotropiyamn rekonstruktiv cərrahi müalicəsi
nəticəsində 88% xəstədə ortotropiyaya nail olunub. Göz almasının hərəkətliliyi 93,8%, konvergensiya - 91,9%
xəstədə bərpa edilib. Vertikal deviasiya, göz yarıqları eninin asimmetriyası bütün xəstələrdə kənar edilib.
Yekun
Təklif olunan ikincili ekzotropiyamn cərrahi müalicəsi taktikası nəinki ekzodeviasiya bucağının
həcmindən, həm də DDƏ funksiyalarının pozulması ifadəliliyindən, əvvəl aparılmış cərrahi müdaxilənin
xarakterindən, vertikal deviasiyanın mövcudluğundan, göz yarıqları eninin asimmetriyasmdan asılıdır və müştərək
daxili çəpgözlüyün cərrahi müalicəsi nəticəsində pozulmuş ekstraokulyar əzələlər funksiyasının bərpasına yönəlib.