ОСОБЕННОСТИ ХИРУРГИЧЕСКОГО УДАЛЕНИЯ ПОСЛЕОПЕРАЦИОННОЙ ЭКССУДАТИВНО-ФИБРИНОЗНОЙ ПЛЕНКИ ПОСЛЕ ЭКСТРАКЦИИ КАТАРАКТЫ С ИМПЛАНТАЦИЕЙ ИОЛ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Авторы

  • Ибрагимзаде Г.Т.
  • Пирметов М.Н.
  • Гулиева С.Н.

Açar sözlər:

kataraktanın ekstraksiyası, əməliyyatdan sonrakı ekssudativ-fbrinoz pərdə

Xülasə

Qocalıq kataraktasının cərrahi müalicəsi üzrə aparılan çoxsaylı təcrübələr təsdiq edir ki, cərrahi müdaxilənin yüksək səviyyədə həyata kecirilməsinə baxmayaraq, bəzi hallarda əməliyyatdan sonra fbrinoz-plastik uveitlər 110 2016/2 (21) .LİNİ. MhùA+İ'ƏLƏR kimi iltihabi reaksiyaların baş verməsi qaçılmazdır.

Təcrübəmizdə rast gəldiyimiz bir kliniki halı nəzərinizə çatdırırıq. Pasient S.F. 02.02.2015 il tarixində sol gözün görməsinin azalmasından cərrahi əməliyyatdan bir gün sonra kəskin aşağı düşməsi şikayəti ilə akad. Zərifə Əliyeva adına Мilli Oftalmologiya Mərkəzinə müraciyət etmişdir. Xəstəyə sol gözün cərrahi əməliyyatdan sonrakı ekssudativ uveit, ikincili hipertenziya; hər iki gözün artifakiyası diaqnozu qoyulmuşdur. Daxil olarkən: Vis OD – 0.6 korreksiya olmur, Vis OS – düzgün proeksiyalı işıq duyğusu olmuşdur. GDT – sağ gözdə 16,9 mm c.s., sol gözdə təyin etmək mümkün olmamışdır, palpator olaraq 3+ qiymətləndirilmişdir. Aparılan konservativ müalicə qənaətbəxş nəticə verdiyi üçün və YAQ lazerlə ekssudativ- fbrinoz pərdənin parçalanması iltihabi reaksiyaya daha da təkan verəcəyi riski yüksək olmuşdur. 10.02.15 tarixində xəstənin sol gözündə ekssudativ-fbrinoz pərdənin xaric edilməsi cərrahi əməliyyatı icra olunmuşdur. Fibrinoz-ekssudativ pərdə mexaniki yolla kənar edildikdən dərhal sonra göz dibindən çəhrayi refeks alınmışdır. Əməliyyatdan sonra xəstəyə iltihabəleyhinə müalicə aparılmışdır. Evə yazılarkən Vis OS –0.05 korreksiya olmur, GDT – palpator norma daxilində olmuşdur. Növbəti müayinədə 1 ay sonra görmə itiliyi 0.5-ə qədər yüksəlmiş, GDT – 15 mm c.s. olmuşdur.

Beləliklə, iltihabəleyhinə müalicə fonunda ekssudativ-fbrinoz pərdənin mexaniki xaric edilməsi məqsədi ilə aparılan cərrahi müdaxilə görmə itiliyinin bərpası üçün yeganə seçim üsuludur. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.06.2016

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Как цитировать

[1]
Ибрагимзаде Г.Т. et al. 2016. ОСОБЕННОСТИ ХИРУРГИЧЕСКОГО УДАЛЕНИЯ ПОСЛЕОПЕРАЦИОННОЙ ЭКССУДАТИВНО-ФИБРИНОЗНОЙ ПЛЕНКИ ПОСЛЕ ЭКСТРАКЦИИ КАТАРАКТЫ С ИМПЛАНТАЦИЕЙ ИОЛ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ). Azərbaycan Oftalmologiya Jurnalı. 21 (Jun. 2016), 107–110.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>