ЛОКАЛЬНОЕ УДАЛЕНИЕ МЕЛАНОМ ХОРИОИДЕИ: ЗА И ПРОТИВ
Açar sözlər:
xorioideyanın melanoması, lokal cərrahiyyəXülasə
Məqsəd – xorioideya melanomalarının lokal cərrahi müalicəsi nəticələrinin qiymətləndirilməsi.
Material və metodlar
XM-nın üzvqoruyucu müalicə nəticələrinin təhlilinə 203 xəstə məruz qalmışdır (şəxsi müşahidələr). Onlardan 167 nəzəf şüa müalicəsi və 36 pasiyent lokal cərrahi müalicə almışdır.Müşahidə dövrü: minimal – 25 ay, maksimal – 275 ay (orta – 96,1± 42 ay).
Nəticə
Transskleral rezeksiya 27 xəstədə, endovitreal əməliyyatlar – 9 xəstədə yerinə yetirilmişdir. Transskleral rezeksiya zamanı xorioideya melanomalarının ölçüləri qalınlıq üzrə 3,5-6,0 mm, maksimal diametr üzrə – 8 - 12 mm, intravitreal müdaxilə zamanı hündürlüyü üzrə 5 mm-dən çox və maksimal diametr üzrə – 12-14 mm arasında tərəddüd etmişdir. Əməliyyat zamanı ağırlaşmalar (şüşəvari cismin düşməsi) demək olar ki, hər beşincı xəstədə müşahidə edilmişdir, əməliyyatdan sonrakı dövrdə isə hər yeddinci xəstədə katarakta inkişaf etmişdir. Əvvəl vitrektomiya aparılmış şişin endorezeksiyasından sonra 9 gözdən 5-i, əməliyyatdan sonrakı süst gedişli uveit və inkişaf edən gözün subatrofyası ilə əlaqədar, enukleasiya olunmuşdur. Bütün enukleasiya olunmuş gözlərdə morfoloji olaraq qalıq aktiv melanomanın mövcudluğu təsdiq edilmişdir.
Yekun
Xorioideya melanomasının lokal malicəsinin mütləq son mərhələsi oftalmoloqun dispanser müşahidəsidir: ilk 2 ildə hər 3-4 aydan bir, sonra 2 il ərzində ildə 2 dəfə, daha sonra ömür boyu ildə 1 dəfə.