ОСОБЕННОСТИ КЛИНИЧЕСКОГО ВЕДЕНИЯ И ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ ПАЦИЕНТОВ С УВЕАЛЬНОЙ КАТАРАКТОЙ
Açar sözlər:
uveit, uveal katarakta, iltihabXülasə
Ədəbiyyatda müxtəlif uveal kataraktalann uğurlu cərrahi müalicəsi haqqında kifayət qədər məlumat vardır. Lakin, mikrocərrahiyyənin müasir inkişafı səviyyəsində belə, uveal kataraktaların cərrahi əməliyyatdan sonrakı iltihabın tezliyi nisbətən yüksəkdir.
Məqsəd - uveal kataraktalı xəstələrin kompleks klinik-immunoloji müayinə fonunda cərrahi müalicəsinin
nəticələrinin qiymətləndirilməsi.
Material və metodlar
Tədqiqat qrupunu akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kliniki materialın əsasında seçilmiş uveal kataraktalı (kişi-29, qadın-23) 52 pasient (74 göz) təşkil edirdi. Bütün pasientlər oftalmoloji və immunoloji müayinə metodlarından ibarət olan kompleks tədqiqatdan keçmişdırlər. Bütün xəstələrdə bulanmış büllur xəstəliyin remissiya dövründə və 3 ay ərzində uveitin residivin istisna fonunda intraokulyar linzanın implantasiyası ilə fakoemulsifikasiya üsulu ilə xaric edilmişdir.
Nəticələr və onların müzakirəsi
Əməliyyatı icra edən cərrahın peşəkarlığının yüksəkliyinə və diqqətli əməliyyatönü hazırlığa baxmayaraq, əməliyyat olunan gözün ilkin ağırlığına bağlı olan yüngül cərrahi əməliyyatdan sonrakı iltihabı ağırlaşmalar qeydə alınmışdır. Müxtəlif dərəcəli iltihab reyaksiyası cərrahi əməliyyatdan sonrakı erkən dövrdə 32 (43,3%), gec dövrdə 28 ğözdə (37,8%) aşkar olunmuşdur. Bu xəstələrdə həmçinin əməliyyata qədərki dövrdə immunorequlyator indeksinin , qan serumunda komplementin C-3 komponentinin (1753±10,01mg/L), İgA (563,8±4,7mg/dl) , İgG (2028±7,4mg/dl) və ANA-nin (1,8±0,11) orta göstəricilərinin nisbi kontrol göstəricilərindən əhəmiyyətli dərəcədə artımı qeyd edilirdi (p<0,05).
Yekun
İltihabi prosesin aktivliyinə əməliyyatdan əvvəl və sonrakı dövrdə diqqətli nəzarət, təhlükəsiz cərrahi texnika, postoperativ agırlaşmaların erkən və effektiv aşkarlanması, göz almasının arxa seqmentinin tam klinik müayinəsi uveal kataraktanın uğurlu müalicəsi ücün zəmin yaradır. Əməliyyatönü dövrdə immunoloji müayinələr postoperativ ekssudativ iltihabi reaksiyanın yaranma riskinin proqnozlaşmasını qiymətləndirmək üçün əlavə bir metod rolunu oynaya bilər.