YENİDOGULMUŞLARDA NADİR ANADANGƏLMƏ GÖZ QÜSURLARI

Authors

  • Kazımova L.A.
  • Mehraliyeva P.İ.

Keywords:

anadangəlmə göz anomaliyaları, anoftalm, katarakta, koloboma, qlaukoma, yeni doğulmuşlar

Abstract

Məqsəd – anadangəlmə göz xəstəliklərini, yeni doğulmuş körpələrdə müşahidə edilən anomaliyaları təsvir etmək, ilk günlərdə, o cümlədən sağlam uşaqlarda oftalmoloq tərəfindən göz müayinəsinin vacibliyini vurğulamaqdır.

Material və metodlar
Tədqiqata vaxtında doğulmuş 300 sağlam körpə daxil edilmişdir. Bütün körpələr ilk həftə ərzində ətraflı oftalmoloji müayinədən keçmişdir. Fundoskopiya tropikamid (0,5%) göz damcıları ilə hər iki bəbəyi genişləndirdikdən sonra həm düz, həm əks oftalmoskopiya aparılmışdır.Müayinə binokulyar əks oftlmoskop ilə və 20 d linza ilə aparılıb.Klinik müayinə və testlər fərdiləşdirilmiş və tələblərə uyğun olaraq aparılmışdır.

Nəticə
Bir qrup yenidoğulmuş körpədə zamanında saglam dogulmaqlarını nəzərə alaraq bəzi yenidogulmuşda fərqli anadangəlmə göz anomaliyaları aşkarlandı. Tədqiqata daxil olan 300 yenidogulmuşlardan bir necəsində fərqli anadangəlmə göz anomaliyalarını aşkarlaya bildik.Bunlardan katarakta, mikroftalm, müxtəlif kistlər və s. Anadangəlmə göz anomaliyalarının patogenezini düzgün bilmək düzgün diaqnoz və erkən müdaxilə üçün çox vacibdir. Xəstələrin müayinəsi zamanı hərtərəfli anamnez alınarsa, profilaktik tədbirlər görülə bilər, çünki ananın infeksiyası və sistem zədələnmələri bu kontekstdə böyük təsir göstərir

Yekun
Anadangəlmə göz patologiyalarının erkən aşkarlanması müvafiq tibbi və ya cərrahi müalicəyə başlamağa, uşağın həyat keyfiyyətinə ciddi təsir edə biləcək görmə patologiyalarının, eləcə də əlilliyə səbəb olan korluğun qarşısını almağa imkan verəcəkdir

Downloads

Download data is not yet available.

Published

2024-06-06

Issue

Section

CLINICAL CASES

How to Cite

[1]
Kazımova L.A. and Mehraliyeva P.İ. 2024. YENİDOGULMUŞLARDA NADİR ANADANGƏLMƏ GÖZ QÜSURLARI. The Azerbaijan Journal of Ophthalmology. 48 (Jun. 2024), 68–75.
Article Footer

Similar Articles

1-10 of 451

You may also start an advanced similarity search for this article.