ДИНАМИКА ПЕРВИЧНОЙ ИНВАЛИДНОСТИ ВСЛЕДСТВИЕ ПАТОЛОГИИ ОРГАНА ЗРЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ
Xülasə
Göz əlilliyinin dinamikasına nəzər saldıqda axırıncı 10 il ərzində hər il 65 nəfər artım hiss olunur, hər 10.000 nəfərə 1,8 yaşlı əhali düşür. 2006 və 2007-ci illərdə onun tezliyi yüksəlir və 2008 və 2009-cu illərdə azalır. Əlilliyin strukturasmda katarakta, ametropiya, gözün diabet fəsadları travma, qlaukoma və digər patologiyalar əsas yerləri tutur. 10 illiyin ilk illərində birincili əlilliyin yüksək olması social siyasətin dəyişilməsi, iqtisadi yenidənqurma, Dağlıq Qarabağda gedən soyuq müharibə, Ermənistanın - Azərbaycan əhalisinin rifahına vurduğu ziyanlar, bəzi istehsal sahələrinin bağlanması, bazar iqtisadiyyatına keçid və onun tədricən qurulması, əhalinin keçid dövründə sağlamlıqlarının nisbətən pozulması faktorları rol oynayir. 10 illiyin axır illərində iqtisadiyyatda olan inkişaf, yenidənqurma, yeni istehsal sahələrinin açılması əhalinin sağlamlığına müsbət təsir göstərmiş və birincili əlillik əhali içərisində aşağı düşmüşdür.