АНАЛИЗ ПРИЧИН ОРГАНОЛИКВИДИРУЮЩИХ ОПЕРАЦИЙ ГЛАЗНОГО ЯБЛОКА
Açar sözlər:
enukleasiya, evisserasiya, evisseroenukleasiya, göz almasıXülasə
Məqsəd - anoftalm ilə pasiyentləri təhlil etmək, göz almasının xaric edilməsinin əsas səbəblərini müəyyən etmək.
Material və metodlar
Hazırki tədqiqat işinə anoftalm ilə 151 halların təhlili daxildir. Pasiyentlərin orta yaş həddi 47±2 təşkil etmişdir. İş 2015-ci ilin noyabr ayından 2017-ci ilin avqust ayına kimi (23 ay) akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bazasında yerinə yetirilmişdir.
Nəticə
Təhlilin nəticələrinə görə enukleasiya 82 (54,3%) halda, evisserasiya – 52 (34,4%) halda, evisseroenukleasiya – 17 (11,3%) halda aparılmışdır. Tədqiqat zamanı üç yaş kateqoriyası ayrılmışdır: 30 xəstə 10 ± 2 il, 93 xəstə 32 ± 2 il və 132 xəstə 63 ± 2 il. Yekun hesablanma göstərmişdir ki, göz almasının xaric edilməsinin əsas etiologiyası müxtəlif göz zədələridir 52 (34,4%). İkinci yeri terminal ağrılı qlaukoma durur – 22 (14,6%).
Yekun
Alınan nəticələrə əsasən göz almasının xaric edilməsinin əsas səbəbləri göz zədələri, terminal ağrılı qlaukoma olmuşdur. Qeyd etmək lazımdır ki, göz almasının xaric edilməsi metodunun seçimi zamanı aşkar alqoritm mövcud deyil.