REFRAKTER NEOVASKULYAR QLAUKOMANIN MÜALİCƏSİNDƏ TRANSSKLERAL DİOD-LAZER SİKLOFOTOKOAQULYASİYA VƏ İNTRAVİTREAL ANTI-VEGF İNYEKSİYASININ KOMBİNƏŞƏKİLLİ TƏTBİQİ

Authors

DOI:

https://doi.org/10.71110/ajo791020241604511925

Keywords:

refrakter neovaskulyar qlaukoma, anti-VEGF inyeksiyası, transskleral diod-lazer siklofotokoaqulyasiya

Abstract

Məqsəd – refrakter neovaskulyar qlaukoma zamanı intravitreal anti- VEGF inyeksiyası ilə transskleral diod-lazer siklofotokoaqulyasiyanın (TDSFK) kombinəşəkilli tətbiqinin effektivliyinin qiymətləndirmək.

Material və metodlar
Tədqiqata refrakter neovaskulyar qlaukoma diaqnozu ilə 20 xəstə (20 göz) daxil olmuşdur. Xəstələrin 14-də (70%) neovaskulyar qlaukoma proliferativ diabetik retinopatiya, 6-da (30%) isə işemik tipli torlu qişanın mərkəzi venasının okkluziyası nəticəsində yaranmışdır. Bütün xəstələr iki qrupa bölünmüşdür. Birinci (I) qrupun 10 xəstəsinə (10 göz) yalnız TDSFK əməliyyatı icra edilmiş, ikinci (II) qrupda isə (10 xəstə, 10 göz) kombinəşəkilli olaraq TDSFK əməliyyatdan 14 gün əvvəl intravitreal anti-VEGF preparatının (Bevacizumab) inyeksiyası vurulmuşdur.

Nəticələr
I qrup xəstələrində göz daxili təzyiqin göstəricilərin yaxşılaşmasına baxmayaraq, 10-dan 8-də (80%) ön kamerada hifema, 2-də isə (20%) hemoftalm qeydə alınmışdır. Digər qrupda yalnız 1 gözdə (10%) hifema müşahidə olunmuşdur. Hər iki qrup xəstələrində 21 gün müşahidədən sonra bütün göstəricilərin stabil yaxşılaşması qeydə alınmış, lakin I qrupda bir xəstədə göz daxili təzyiqin 32 mm c.süt. səviyyəsinə artması səbəbindən təkrar TDSFK əməliyyatı icra olunmuşdur.

Yekun
Neovaskulyar qlaukoma zamanı TDSFK əməliyyatından öncə patogenetik əsaslandırılmış müalicə üsulu kimi anti-VEGF preparatlarının, o cümlədən Bevasizumabın, intravitreal inyeksiyanın tətbiqi məqsədəuyğun hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Published

2025-01-06

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Əhmədova A.C. et al. 2025. REFRAKTER NEOVASKULYAR QLAUKOMANIN MÜALİCƏSİNDƏ TRANSSKLERAL DİOD-LAZER SİKLOFOTOKOAQULYASİYA VƏ İNTRAVİTREAL ANTI-VEGF İNYEKSİYASININ KOMBİNƏŞƏKİLLİ TƏTBİQİ. The Azerbaijan Journal of Ophthalmology. 4, 51 (Jan. 2025), 19–25. DOI:https://doi.org/10.71110/ajo791020241604511925.
Article Footer

Similar Articles

1-10 of 196

You may also start an advanced similarity search for this article.