РАЗРАБОТКА И ОПТИМИЗАЦИЯ ТЕРАПИИ НАСЛЕДСТВЕННЫХ ДИСТРОФИЙ СЕТЧАТКИ (ПИГМЕНТНОЙ ДИСТРОФИИ СЕТЧАТКИ И ВОЗРАСТНОЙ МАКУЛЯРНОЙ ДЕГЕНЕРАЦИИ)

Авторы

  • Гальбинур Т.П.

Açar sözlər:

tor qişanın piqmentli distrofiyası, yaşla əlaqədar makulyar degenerasiya, para-aminobenzoy
turşusu, rdlO tipli siçanlar

Xülasə

Məqsəd: Para-aminobenzoy turşusunun istifadəsi ilə tor qişanın irsi distrofiyalarının dərman müalicəsində yeni
metodların hazırlanması və müalicənin optimallaşdırılması üçün imkanların axtarışı.

Material və metodlar
İrsi distrofiyalı tor qişası olan heyvan modellərində (rdlO növ sıçan növlərində)
PABT-nun təsir mexanizminin və effektivliyinin öyrənilməsi məqsədilə müqayisəli eksperimental tədqiqat
aparılmışdır. 3, 4.5 və 6 həftələrdə ERQ tətbiq olundu, tor qişanın oksidativ zədələnməsinin ölçülməsi, histoloji
və immunohistokimyəvi müayinələri aparıldı. Antioksidantların və onların kombinasiyalarının effektivliyinin
müşahidəsi müxtəlif stadiyalı ll6 yaşa bağlı makula degenerasiyası (YBMD) olan PABT tətbiq olunmuş
xəstələrdə aparılmışdır. YBMD xəstələrdə görmə itiliyinə təsir edən ilkin amillər, retinal distrofiyanın gedişatı,
eksudativ YBMD və xoroidal neovaskulyarizasiya (XNV) riski öyrənilmişdir. Kliniki tədqiqata 433 YBMD
xəstələr və ll9 kontrol qrupundan olan xəstələr daxil edilmişlər. YBMD diaqnozu və mərhələsi AREDS
tövsiyələrinə əsasən müəyyən edilmişdir. Fotodinamik terapiya (FDT) metodunun müalicəyə cavabı (l43
xəstə) və YBMD kliniki fenotipləri bu polimorfizmlərin assosiasiyasını təyin etmək üçün vaskulyar tip YBMD-
li 255 və müayinə qrupundan ll9 xəstə ARMS2 və HTRAl genlərinin polimorfizmlərilə genotipləşdirilmişlər.
Eksudativ növ YBMD anti-VEGF preparatları ilə müalicəsinin effektivliyi öyrənilmişdir: ranibizumab (58 xəstə)
və bevasizumab (44 xəstə) və müalicənin effektivliyinə təsir edən faktorlar. Xəstələrə 6 ay müddətində standart
metodla 4-6 inyeksiya ranibizumab və bevasizumab təyin olunmuşdur. Tədqiqata daxil edilmiş bütün xəstələrə
viziometriya, biomikroskopiya, tonometriya, optik koqerent tomoqrafiya, fluorosein angioqrafiya kimi oftalmoloji
müayinələr aparılmışdır. Tədqiqatlar etik komitə tərəfindən təsdiq olunmuş, bütün xəstələr məlumatlandırılmış
razılıq formasını imzalamışlar. Nəticələrin statistik emalı STATISTICA® 8.O tətbiqi proqramlar paketinin köməyi
ilə icra edilmişdir.

Nəticələr
PABT-nun sistem şəkilli daxil edilməsi rdlO növ sıçanların tor qişasında inkişaf edən distrofiya
proseslərinə sabitləşdirici təsir edir və kolbacıq fotoreseptorların sağ qalmasına imkan yaradır. PABT-nun (O,OO7%
məhlul) perivazal inyeksiyalar şəklində yeridilməsi YBMD xəstələrdə l aylıq inyeksiya kursundan sonra görmə
itiliyinin artması və 6 ay nəzarət müddəti boyunca görmə itiliyinin sabit qalmasına səbəb olmuşdur. Müalicənin
erkən nəticələrinə əsasən müəyyən olunmuşdur ki, PABT digər vitamin və antioksidantlardan daha effektivdir.
Genotiplənmə nəticələrinə əsasən neovaskulyar YBMD-li 255 xəstə və ll9 tədqiq edilən nəzarət qrupu xəstələri 2
polimorf qrup üzrə: rslO49O924 LOC3877l5/ARMS2 genində və rsll2OO638 HTRAl genində aşkar olunmuşdur
ki, hər iki polimorfizm tam birləşməyə malikdir (D = O,96-l). Homoziqotlar ucun şansların nisbəti (SN) T
rslO49O924risk-alleliüzrə 8,6(95% etibarlı interval (EI)3.5-2O.8) və Arsll2OO638homoziqotrisk-alleli üçün lO,7,
(95% EI 3.2-35.7), (p<O,OOOOl) təşkil etmişdir. Bu polimorfizmlər və digər risk faktorları (yaş, siqaret) əsasında
neovaskulyar YBMD ehtimalını təsvir edən statistik model təşkil edilmişdir. Bu polimorfların FDT-ə cavabı və ya
fenotipi ilə statistik əhəmiyyətli əlaqəsi aşkar edilməmişdi. İlk dəfə aşkar olunmuş XNV xəstələrdə daha yüksək
görmə itiliyi digər gözdə XNV olması ilə (p<O,OOOl), hər 4 ayda requlyar olaraq oftalmoloq müayinəsindən keçmək
(p=O,Ol5), daha cavan yaşda (p=O,O3), kiçik ölçülü XNV (p=O,OOOl) və XNV qeyri subfoveal lokalizasiyası
(p=O,O48) ilə əlaqəli olmuşdur. Ranibizumabın intravitreal yeridilməsi neovaskulyar YBMD olan xəstələrdə
görmə itiliyinin yüksəlməsinə gətirib çıxarır. Müalicədən öncə xəstələrin görmə itiliyi ortalama O.l25±O.525 təşkil
etmişdir. Müalicədən 6 ay sonra görmə itiliyi O.32±O.838 (p=O.OO5) artmışdır. Beləliklə ranibizumabın müalicə
sxeminin istifadəsinə 6 ay müddətində nəzarət etdikdə YBMD xəstələrdə görmə itiliyi O.l95 artmasını müşahidə
etmiş olduq. Görmə itiliyi aşağı olan xəstələr üçün (<O.l) ranibizumab və bevasizumabın intravitreal inyeksiyası
görmə itiliyinin artmasına və müqayisə edilə bilən effektivliyə (p=O,77) səbəb olmuşdur.

Yekun
PABT sistem şəkilli yeridilməsi rdlO növ siçanlarda retinal distrofiya zamanı fotoreseptorlann sağ
qalmasına imkan yaradır və YBMD xəstələrdə görmənin itməsinin qarşısını alır. Beləliklə, PABT retinal distrofiyalar
zamanı antioksidant müalicəyə effektiv əlavə hesab oluna bilər. RslO49O924 və rsll2OO638 polimorfizmləri
neovaskulyar YBMD riskini əhəmiyyətli dərəcədə artırır və YBMD proqressivləşməsinin risk qrupunun təyini
üçün genetik skrininq keçirilməsi məqsədəuyğun hesab olunur. Anti-VEGF müalicə neovaskulyar YBMD və aşağı
görmə itiliyi olan xəstələr üçün effektiv və məqsədyönlü hesab olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

16.08.2012

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гальбинур Т.П. 2012. РАЗРАБОТКА И ОПТИМИЗАЦИЯ ТЕРАПИИ НАСЛЕДСТВЕННЫХ ДИСТРОФИЙ СЕТЧАТКИ (ПИГМЕНТНОЙ ДИСТРОФИИ СЕТЧАТКИ И ВОЗРАСТНОЙ МАКУЛЯРНОЙ ДЕГЕНЕРАЦИИ). Azərbaycan Oftalmologiya Jurnalı. 9 (Aug. 2012), 18–28.