ПРИМЕНЕНИЕ АНТИ-VEGF ПРЕПАРАТОВ В ЛЕЧЕНИИ ХОРИОИДАЛЬНОЙ НЕОВАСКУЛЯРИЗАЦИИ ПРИ ВОЗРАСТНОЙ МАКУЛОДИСТРОФИИ
Açar sözlər:
yaşla bağlı makulyar degenerasiya, xorioidal neovaskulyarizasiya, damar endotelinin inkişaf faktoru – VEGF, anti- VEGF, Lusentis (Ranibizumab), Eylea (Afibercept), intravitreal inyeksiyaXülasə
Məqsəd – yaşla bağlı makulodistrofyada xorioidal neovaskulyarizasiyanın müalicəsində Lusentis və Eylea dərman preparatları tətbiqinin effektivliyinin xorioretinal kompleks strukturunun morfometrik OKT göstəricilərinə əsasən müqayisəli analizinin verilməsi.
Material və metodlar
40 xəstədə (52 göz) anti-VEGF preparatının intravitreal inyeksiyası icra olunmuşdur. 0,5 mq Lusentis preparatı 20 xəstəyə (26 göz), 2 mq Eylea preparatı isə qalan 20 xəstəyə (26 göz) vurulmuşdur. Xəstələr 20 gün, 1 ay, 2 ay, 3 ay və 1 il sonra dinamiki müşahidədə olmuşdur.
Nəticə
Tədqiqatın nəticələri Eylea və Lusentis preparatlarının Yaşla bağlı makulodistrofya zamanı xorioretinal neovaskulyarizasiyanın müalicəsində kliniki effektivliyinin identik olmasını təsdiqlədi. Eylea Lusentislə müqayisədə daha uzunmüddətli təsir müddətinə malikdir (Eylea 2 ayda 1 dəfə, Lusentis isə ayda 1 dəfə vurulur). Eyleanın təsir müddəti və vurulma tezliyi xəstəni hər ay müayinədən keçmə zərurətindən qurtarır.