ŞTRİX-KOD SKANERİN TÖRƏTDİYİ LAZER MAKULOPATİYASI (KLİNİK HAL)

Авторы

  • Məmmədova L.Ş.
  • Sultanlı T.İ.

Açar sözlər:

anti-VEGF ineksiya, intraretinal qansızma, şüa makulopatiyası, xorioidal neovaskulyar membran

Xülasə

Məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə sol gözündə görmənin kəskin zəifləməsi və metamorfopsiya şikayətləri ilə müraciət etmiş 28 yaşlı kişi pasiyentin klinik halı təqdim olunur. Müayinədən sonra xəstəyə “OS – subretinal xorioidal neovaskulyar membranla fəsadlaşmış lazerə bağlı şüa makulopatiyası” diaqnozu qoyulmuşdur. Aparılan aflibercept (Eylea) anti-VEGF intravitreal inekiyasından sonra xəstənin sol gözündə görmə itiliyi maksimal korrekiya ilə 0,04-dən 0,5-ə qalxmış, mərkəzi makulyar qalınlıq azalmışdır. Təkrari müraciət zamanı arterial təzyiqinin kəskin yüksəlməsindən sonra pasiyentin görmə qabiliyyəti zəifləmiş, müayinə zamanı görmə itiliyinin 0,3-ə (maksimal korreksiya ilə) qədər azalması müşahidə edilmişdir. Oftalmoskopiyada makulada intraretinal qansızma aşkar olunmuşdur. Növbəti müalicə təyin edilmişdir. Xəstədə makulyar zədənin səbəbi 650 nm dalğa uzunluqlu, qırmızı işıq tərkibli ştrix-kod skaner olduğu aşkarlanmışdır.

Lazerin tətbiq sahəsi genişləndikcə yarada biləcəyi fəsadlar da artmış olur. Baş vermiş fəsadlar tibbi problemlə yanaşı, xəstənin həyat keyfiyyətini azaldır. Bunu nəzərə alaraq, maarifləndirici tətbirlərə üstünlük verilməlidir. Lazer makulopatiyalarının tam effektiv müalicə rejimini müəyyən etmək üçün əlavə araşdırmaların aparılması tövsiyə olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.06.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR