ОЦЕНКА РОЛИ ЭЛЕКТРОННОЙ БАЗЫ ДАННЫХ «1С – E.M.S» В ВЫЯВЛЕНИИ И МОНИТОРИНГЕ ПАЦИЕНТОВ ГРУППЫ РИСКА РАЗВИТИЯ ПРОЛИФЕРАТИВНОЙ ВИТРЕОРЕТИНОПАТИИ
Açar sözlər:
pasiyentlərin elektron qeydiyyatı, risk qrupu, proliferativ vitreoretinopatiya, dispanser müşahidə, dispanser qeydiyyatXülasə
Məqsəd – “1С – E.M.S” məlmat bazası elektron sisteminin proliferativ vitreoretinopatiya (PVR) risk qrupu pasiyentlərinin aşkarlanması və monitorinqində funksional imkanlarının qiymətləndirilməsi.
Material və metodlar
Tədqiqatın materialı “Şəkərli diabetin göz fəsadları və vitreoretinal cərrahiyyə” şöbəsinin 2016-cı il üzrə “1С – E.M.S” elektron informasiya bazasının məlumatları olmuşdur. Müxtəlif mərhələli diabetik retinopatiya, epiretinal membran, hemoftalm, tor qişanın qopması və damarlarının trombozu ilə pasiyentlərin elektron qeydiyyatının nəticələri işlənmişdir. Pasiyentlərin diaqnostikasının əsasını oftalmoloji baxış, instrumental və laborator müayinələr təşkil etmişdir.
Nəticə
Proliferativ fəsadların inkişafı risk qrupunun əsas payını qeyri-proliferativ diabetik retinopatiya ilə pasiyentlər təşkil edir. Bu pasiyentlərin təkrar müraciətinin tezliyi (37,1%) ilkin müraciətdən (50,6%) nisbətən azdır. Pasiyentlərin ildə 2 dəfədən az qeyri-müntəzəm şəkildə müraciəti zamanı proliferativ mərhələyə keçməsi ilə diabetik retinopatiyanın inkişafı 11,4% hallarda qeydə alınmışdır. Epiretinal membran zamanı təkrar müraciətin tezliyi (28,7%) ilkin müraciət göstəricilərindən (20,7%) yüksək olmuşdur, 111 epiretinal membran ilə pasiyentlər arasında 5-də (4,5%) təkrar müraciət zamanı vitreomakulyar traksiya aşkar edilmişdir. PDR diaqnozu ilə 230 pasiyentdən 107-i (46,5%) 2016-cı ildə ilk dəfə müraciət etmişdir. PDR diaqnozu ilə 2016-cı ildə pasiyentlərin təkrar müraciətinin orta göstəricisi 5,44±0,16 olmuşdur. Hemoftalmın (66,7%) və neovaskulyar qlaukomanın (69,2%) inkişafının əsas etioloji faktoru 2016-cı ildə PDR olmuşdur. Vaxtında müvafq müalicənin (panretinal lazerkoaqulyasiya, anti-VEGF preparatların inyeksiyası, vitreoretinal inyeksiya) aparılması proliferativ fəsadların inkişaf riskini azaltmağa imkan yaradır. Proqressivləşən diabetik retinopatiya ilə pasiyentlərdə HbА1c orta səviyyəsi 8,6±0,13% təşkil etmişdir.
Yekun
Proliferativ fəsadların mümkün inkişaf riski ilə hər bir tor qişanın və şüşəvari cismin patologiyası üçün patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq ildə proflaktik baxışların aparılmasının fərdi sistematik planı olmalıdır. Fərdi kartların tətbiqi ilə planlı müayinə və dispanserizasiya qeydiyyatı “1С – E.M.S” elektron məlumat bazası belə pasiyentlərin dispanserizasiya sistemini asanlaşdırmağa imkan yaradacaq.