КЛИНИЧЕСКАЯ ЗНАЧИМОСТЬ АНТИАНГИОГЕННОЙ ТЕРАПИИ В ЛЕЧЕНИИ СУБРЕТИНАЛЬНОЙ НЕОВАСКУЛЯРНОЙ МЕМБРАНЫ ПРИ ОСЛОЖНЕННОЙ МИОПИИ
Açar sözlər:
fəsadlaşmış miopiya, subretinal neovaskulyar membran, fluoressent angioqrafiya, optik koherens tomoqrafiya, mikroperimetriya, antiangiogen müalicəXülasə
XÜLASƏ
İşin məqsədi: ağırlaşmış miopiyalı xəstələrdə xorioidal neovaskulyarizasiya zamanı fluoressent angioqrahya (FAQ), optik koherens tomoqrahya(OKT) və mikroperimetriya müayinələrin nəticələrinə görə antiangiogenik müalicənin effektivliyinin müəyyən edilməsidir.
Material və metodlar
Tədqiqtlar 21 xəstə (21 göz) üzərində aparılmışdır. Onlardan 7-i kişi, 14-ü qadın
olmuşdur. Xəstələrin yaşı 23-50 arası olmuşdur. Bütün xəstələrdə korreksiya olunmuş görmə itiliyi, gözdaxili
təzyiq müəyyən olunmuş, mikroperimetriya, OKT, FAQ müayinələri aparılmışdır.
Alınan nəticələr və onların müzakirəsi
Tədqiqat zamanı ağırlaşmış miopiyada əksər hallarda 95,2%
(20 göz) klassik xorioidal neovaskulyariasiya (XNV) aşkarlanmışdır.Yalnız bir halda (4,8%) gizli XNV
müəyyən olunmuşdur. 85,6 % hallarda subretinal neovaskulyar membran (SNM) subfoveolyar, 14,4% hallarda
yukstafoveolyar yerləşmişdir. Bütün xəstələrdə müalicədən qabaq fluoressent anqioqrafiya müayinəsi aparılmışdır
və şəkillərdə SNM: erkən hiperfluoressensiya ocağı, nəzərə çarpan dərəcədə rəngin diffuziyası formasında müəyyən
olunurdu. OKT müayinəsinə əsasən SNM horizontal ölçüləri vertikallardan üstün olmuşdur. Mikroperimetriyanm
nəticələrinə görə SNM sahəsində mütləq skotoma və ya parlaqlıq həssasığm tam itməsi qeyd olunmuşdur. Birdəfəlik
antianqioqen preparatın intravitreal inyeksiyasindan sonra 33,5% hallarda SNM-in qeyri-aktiv formaya keçməsi
qeyd olunmuş, qalan 66,5% hallarda SNM aktvliyini saxlamışdı, ona görə də təkrar intravitreal inyeksiyalar
olunmuşdur.
Yekun
Anti-VEGF terapiya, fəsadlaşmış miopiya zamanı SNM-in uzunmüddətli remissiyasma və torlu qişanın
funksional vəziyyətinə müsbət təsir göstərən effektiv və təhkükəsiz müalicə üsuludur. Antiangiogen terapiyanın
SNM-ə müsbət təsirini OCT və mikroperimetriya müayinəsi vasitəsilə qiymətləndirmək mümkündür.