YAŞLA BAĞLI MAKULYAR DEGENERASİYANIN QURU FORMASININ MÜALİCƏ PRİNSİPLƏRİ: ƏN YENİ NAİLİYYƏTLƏR (ƏDƏBİYYAT İCMALI)
Açar sözlər:
: yaşla bağlı makulodegenerasiya, subretinal neovaskulyar membran, coğrafk atrofyaXülasə
Mövcud məlumatlar göstərir ki, yaşla bağlı makulyar degenerasiyanın (YMD) risk profli əsasən xəstənin ahıl yaşı, qeyri-sağlam həyat tərzi (siqaret çəkmə və spirtli içkilərin qəbulu), YMD-nın ailə tarixi, yumşaq druzlar və tor qişanın piqment epitelisinin anomaliyalarına əsaslanır. Son onillikdə əsas həssaslıq geninin müəyyən edilməsi xəstəliyin patogenezində iltihabın və oksidləşdirici stressin roluna dair yeni anlayışlar açdı və nəticədə yeni terapevtik yanaşmaların inkişafı üçün əsas mexaniki yolları müəyyən etdi. Atrofk YMD-nın qarşısının alınması sink və antioksidantlar kimi qida əlavələri ilə nəzarət edilir, lakin YMD-nın yaş formasının müalicəsi xoroidal neovaskulyar membranlara təsir etməklə əlaqəlndirilir. Anti-VEGF preparatlarında irəliləyişlər YMD yaş forması olan pasiyentlərin müalicəsinə yanaşmanı dəyişdi. Bu irəliləyişlər daha uğurlu nəticələrlə yekunlaşmışdır. Bu xəstəliyin hər iki forması üçün yeni terapevtik üsulların müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində elmi tədqiqatlar davam etməkdədir.