SUBMAKULYAR NEOVASKULYAR MEMBRANI OLAN PASİYENTLƏRDƏ XORİOİDEYANIN QALINLIĞININ ÖLÇÜLMƏSİNİN DİAQNOSTİK DƏYƏRİ

Authors

  • Əliyev X.D.

Keywords:

yaşa bağlı makula degenerasiyası, subretinal neovaskulyar membran, xorioideyanın qalınlığı, optik koherent tomoqrafya müayinəsi

Abstract

Məqsəd – submakulyar xorioidal neovaskulyar membranası olan gözlərdə xorioideyanın qalınlığının digər sağlam gözün xorioideyasının qalınlığı ilə müqayisədə qiymətləndirilməsidir.

Material və metodlar
Monolateral submakulyar neovaskulyar membranası (SNM) olan 74 xəstə (74 göz) müayinə edilmişdir. Digər göz kontrol kimi götürülmüşdür. Xəstələrin orta yaş həddi 51,2±10,4 olmuşdur. 42 xəstədə emmetropiya, 24 xəstədə zəif və orta dərəcəli miopiya, 8 xəstədə isə yüksək dərəcəli miopiya müşahidə edilmişdir. Xorioideyanın qalınlığı HD Cirrus OCT 5000 cihazı vasitəsilə ölçülmüşdür.

Nəticə
Dərinləşdirilmiş OKT nəticələrinin analizi SNM-i olan gözlərdə xorioideyanın qalınlığının azalmasını göstərmişdir: emmetrop refraksiyası olan gözlərdə 236,4±44,2 mkm və miopiyası olan gözlərdə isə 182,1±45,4 mkm olmuşdur. SNM olmayan digər gözlərdə isə emmetropiya zamanı 254,2±44,8 mkm, miopiya zamanı isə 204,4±56,0 mkm olmuşdur.

Yekun
Subretinal membran olan gözlərdə damarlı qişanın qalınlığı digər gözlə müqayisədə daha azdır. Xəstəliyin erkən diaqnostikası və subretinal membranın inkişafını izləmək üçün «Dərinləşdirilmiş skanetmə» texnologiyalı OKT müayinəsi göz dibinin degenerativ xəstəliyi olan bütün pasiyentlərdə aparılmalıdır. 

Downloads

Download data is not yet available.

Published

2020-12-02

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Əliyev X.D. 2020. SUBMAKULYAR NEOVASKULYAR MEMBRANI OLAN PASİYENTLƏRDƏ XORİOİDEYANIN QALINLIĞININ ÖLÇÜLMƏSİNİN DİAQNOSTİK DƏYƏRİ. The Azerbaijan Journal of Ophthalmology. 34 (Dec. 2020), 3–10.
Article Footer

Similar Articles

1-10 of 226

You may also start an advanced similarity search for this article.