К ВОПРОСУ ФУНКЦИОНАЛЬНЫХ МЕТОДОВ ИССЛЕДОВАНИЯ ПРИ ВОЗРАСТНОЙ МАКУЛЯРНОЙ ДЕГЕНЕРАЦИИ
Açar sözlər:
yaıla əlaqədar makulyar degenerasiya, mikroperimetriya, multifokal elektroretinoqrafya, optik koherent tomoqrafyaXülasə
Məqsəd – erkən və aralıq mərhələdə yaşla əlaqədar makulyar degenerasiya zamanı gözün arxa qütbünün anatomik və funksional vəziyyətinin qiymətləndirilməsi, həmçinin bu pasiyentlər arasında xorioidal neovaskulyar membranın inkişafı risk qruplarının aşkarlanması.
Material və metodlar
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ambulator müalicə alan yaşla əlaqədar makulyar degenerasiya ilə 26 pasiyent (35 göz) təhlil edilmişdir. Xəstələrin yaş həddi 50-70 arasında (orta hesabla 61,3±7,7 yaş) olmuşdur. Onlardan 16-sı (61,5%) qadın, 10-u (39,5%) – kişi təşkil edirdi. Ənənəvi oftalmoloji metodlardan (vizometriya, tonometriya, gözün ön kəsiyinin biomikroskopiyası) əlavə xəsətələrə funduskopiya, optik koherent tomoqrafya (Cirrus HD OCT, Model 3000), mikroperimetriya, multifokal elektroretinoqramma müayinə üsulları tətbiq edilmişdir. Multifokal elektroretinoqrafyanın (mf ERQ) qeydiyyatı elektroretinoqrafda (Roland Consult, Germany) RetiScan 21 proqramının təminatı ilə həyata keçirilirdi. Bütün pasiyentlər iki qrupa bölünmüşdür: I qrupa erkən qeyri-ekssudativ mərhələli yaşla əlaqədar makulyar degenerasiya ilə 14 pasiyent (28 göz), II qrupa aralıq ekssudativ mərhələli yaşla əlaqədar makulyar degenerasiya ilə 7 pasiyent (7 göz) daxil edilmişdir. Bu pasiyentlərdə cüt gözün makulyar nahiyyəsində neovaskulyar xorioidal membran təyin edilib.
Nəticə
Bizim tədqiqata erkən və aralıq mərhələli yaşla əlaqədar makulyar degenerasiya halları daxil olunmuşdur. Yaşla əlaqədar makulyar degenerasiyanın erkən mərhələsində tor qişanın elektrofzioloji vəziyyətinin heç bir dəyişikliyi aşkar edilməyib, çünki Brux membranı nahiyəsində yerləşən az sayda sərt druzların mövcudluğu, bir qayda olaraq, tor qişa elektrogenezinə təsir göstərmir. Digər tərəfdən, yumşaq qatışıq druzlar neyrosensor tor qişanın pozulması və makulyar nahiyənin fotoreseptor aparatının zədələnmələri əlaməti olaraq, amplitudanın enməsi, foveolyar və parafoveolyar nahiyədə lokal latentliyin uzanması şəklində mf ERQ-da patoloji dəyişikliklərlə biruzə verilir, bu da bizim tədqiqatların göstəriciləri ilə təsdiq olunur. İri qatışıq druzlar, OKT vasitəsiylə yaxşı vizualizasiya olunan, piqmentli epitelinin lokal qopması ilə müşayiət edilə bilər. Qopma nahiyəsi üzərində kolbacıqların cavabının lokal pozulması aşkar olunmuşdur. Ola bilsin ki, yumşaq qatışıq druzlar ilə gözlərdə tor qişanın xarici qatlarının elektrogenezinin pozulması, VEGF səviyyəsinin artmasına səbəb olan, tor qişa hipoksiyasının dolayı əlamətidir. Tor qişanın piqment epitelinin atrofyası həmçinin a-dalğanın latentliyinin lokal uzanması, mərkəzi neksaqonlarda P1 komponentinin retinal qalınlığının azalması ilə müşayiət olunurdu. Piqment qatının geniş atrofyası zamanı makulanın foveolyar və parafoveolyar şöbələrində b-dalğanın patoloji dəyişiklikləri əlavə olunur, bu da tor qişanın orta qatlarının, o cümlədən bipolyar hüceyrələrin patoloji vəziyyətindən xəbər verir.
Yekun
Beləliklə, mf ERQ-ə əsasən yaşla əlaqədar makulodistrofyanın erkən mərhələləri mikroperimetriya göstəricilərinin mülayim dəyişiklikləri və fotoreseptorların elektrik aktivliyinin enməsinin qeyri-mövcudluğu ilə müşayiət olunur, bu zaman mikroperimetriyanın göstəricilərinə əsasən yaşla əlaqədar makulodistrofyanın aralıq mərhələsi tor qişanın mərkəzi zonasının işığa həssaslığının əhəmiyyətli pozulmaları və mf ERQ-nin göstəricilərinə əsasən tor qişanın proksimal şöbələrinin keçiriciliyinin mötədil ifadə edilmiş pozulmaları ilə müşayiət olunur. Yaşla əlaqədar makulodistrofya zamanı makulyar nahiyədə tor qişanın elektrik keçiriliyinin dəyişikliklərini qiymətləndirərək, onun müxtəlif mərhələlərdə ayrı-ayrı patogenetik mexanizmlərinin inkişafı barədə mülahizə yeritmək olar.